▼
30.03.2013
“Bizə miras qoyub ərən babalar,
Dilimiz, Torpağımız, Qeyrətimiz!”
Şah İsmayıl Xətai
Əvvəlcə soyqırımın nə olduğunu, onun müasir
dünyamızın leksikonundakı tərifini dəqiqləşdirək. Müasir dünyamızda qəbul
edilmiş mənasına görə soyqırım bir millətin dil, din, məzhəb və milli fərqləri
ilə əlaqədar olaraq məqsədli şəkildə yox edilməsi prosesidir. Bu prosesin hər hansı
ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir.
1948-ci ildə Birləşmiş Millətlər Təşkilatında
“Soyqırım Bəyannaməsi” adlanan sənəd qəbul edilmişdir. Dünyanın müxtəlif ölkələri
BMT-nin Soyqırım Bəyannaməsini imzalamışlar.
1998-ci ildən etibarən Azərbaycan
Respublikasında martın 31-i Azərbaycanlıların soyqırımı günü kimi qeyd edir. Bu
gün son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın
yaddaşında həkk olunduğunu özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə
qırılması XX yüzilliyin faciəvi səhifələrindən biri hesab etmək olar. Bu faciələrin
günahkarı "Böyük Ermənistan" yaradılması kimi sərsəm bir ideyanı həyata
keçirmək üçün heç bir iyrənc vasitədən çəkinməyən erməni şovinizmidir.
Soyqırım xronikası
I mərhələ:
1813-1828-ci illər
Rusiya ilə İran
arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış
Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri
Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın
parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə
İranın idarəçiliyinə keçmişdir.
26.03.2013
21.03.2013
19.03.2013
Novruz bayramı
Novruz xonçası
Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir.
Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
Nizamül Mülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Novruz adətləri
Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın".
Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
Novruz oyunları oynamaq. Məsələn, ənzəli.
12.03.2013
Aforizmlər
"Kitab oxumayan düzgün fikirləşə bilməz."
D.Didro
"Biliksizliyinlə heç vaxt öyünmə,biliksizlik gücsüzlük deməkdir."
D.Didro
"Elm öyrənmək hec vaxt gec deyil."
İbn Sina
"Elm insanın həm beynini həm cismini şövqləndirir."
M.Krişna
"Kitab insanların aynasıdır."
H.Heyne
"Elm həqiqətin təzahürüdür."
C.Vudford
"Tək cəsarət azdır,savad da lazımdır"
T.Fuller
09.03.2013
Qətran Təbrizi
Qətran Təbrizi — Təbrizdə anadan olmuş şair və dilçi alim, farsdilli Azərbaycan saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi.
XI əsrdə yaşamış Qətran Təbrizinin (1012-1088) ana dili dəri dili olmuşdur. Onun bizə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarətdir.