Qədimdə pul vasitəsi
kimi mal-qaradan istifadə olunurdu.Təsadüfi deyil ki,”kapital”sözü latın
dilindəki caput sözündən götürülüb.Caput sözünün mənası isə “baş”
deməkdir,çünki mal-qaranı başla sayardılar.
Pul vasitəsi kimi kauri balığqulaqları məhşur idi.Çində
onlardan pul vasitəsi kimi 3500 il bundan əvvəl istifadə edirdilər.Sonralar ilk
Çin pulları həmin balığqulağı formasında hazırlanırdı.Kauri balıqqulaqları
IX-XVIII əsrlərdə Hindistanda,XVII əsrdə Taylanda,XIX əsrdə isə Afrikada pul
kimi istifadə olunurdu.Asiyanın bəzi ölkələrində isə həttas XX əsrin
əvvəllərinə kimi ondan istifadə olunurdu.Məsələn,Çad gölü ətrafında qul 20-30
kauri balıqqulağına satılırdı.
Tədricən pulları metaldan(mis,tunc,gümüş,qızıl)
hazırlamağa başladılar.İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik
Asiyanın qərb hissəsi) meydana gəldi.Sonuncu Lidiya hökmdarı Krez haqqında belə
bir deyim qalıb”Krez kimi varlıdır”.
Sparta pulları iri və agır hazırlanırdı.Onları daşımağa
atlı araba lazım olurdu.Bu pullar dəmirdən hazırlanır,qaynar halda uksusa
salınırdı,buda metalı digər istifadə üçün yararsız edirdi.
Makedoniyalı İskəndər ilk hökmdar idi ki,öz təsvirini
sikkələrin üstundə zərb etdirmişdir.
İlk kagız pullar Çində meydana gəldi.Çin höküməti ağır
dəmir pullar buraxdırdı.İnsanlar onları tacirlərdə saxlayır ,yerinə isə qəbz
alırdılar.XI əsrdən hökümət tacirlərə qəbz varməyi qadağan etdi və özü
sikkələri əvəz edən qəbzlər hazırladı.
Şərq slavyanları ərəblərlə ticarət edərkən pul vasitəsi
kimi xəz dərilərdən istifadə edirdilər.
Rusiyada
rublun da öz tarixi var.Monqol tatarlarının yürüşləri zamanı gümüş külçələr pul
vasitəsi kimi işlənir və qrivna adlanırdı.Bir qrivnaya 200 dələ dərisi verirdilər.Rahatlıq üçün
qrivnanı tən ortadan böldülər və “rubit”
sözündən rubl alındı.
Qəpik anlayışın İvan Qroznının anası gətirib.Çunki pulun
üzərində əlində nizə olan atlı dayanmışdır.Nizə rus dilində “kopyo” olduğu üçun
pul da kopeyka adlandı.