29.01.2015

At yarışları.


Təqvim.

Ən qədim təqvim Ay təqvimi olmuşdur. İlk Ay təqvimi Miladdan öncə III minillikdə tərtib edilmişdir. Bu təqvimə görə, Ayın Yer ətrafında dövr etməsi vaxtı – 29 sutka 12 saat – əsas vaxt ölçüsü kimi qəbul edilir və bir ay adlanır. Bəlkə də, bir çox dillərdə “ay” sözünün həm səma cismi, həm də zaman vahidi bildirməsi bununla əlaqədardır. Ay təqviminə görə, bir il on iki aydan ibarətdir. Bu təqvim sonralar Şərq ölkələrində geniş yayıldı. Bu gün iyirmidən çox Şərq ölkəsi Ay təqvimindən istifadə edir.

28.01.2015

Kürdəmir 1 saylı məktəbdə tarix fənnindən açıq dərs.

28 yanvar 2015 il Kürdəmir 1 saylı məktəbdə Azərbaycan tarixi fənnindən açıq dərs keçirildi.
Müəllim -İsmayilova Dilarə.
Mövzu:Qarabağ xanlığının yaranması
Sinif -9 v.
Dərs müasir təlim metodlarının tətbiqi ilə hazırlanmışdı.Şagirdlər çox fəal idilər.Dərsdə məktəbin müəllimləri və təlim üzrə dərs hissə müdiri iştirak edirdilər.Sonda onlar öz fikirlərini söylədilər.

Viktorina.

26.01.2015

Azərbaycan tarixi.Teymur və Toxtamışın yürüşləri


Azərbaycan tarixi.Qaraqoyunlu dövləti


Atropatena Sasanilər imperiyası tərkibində

Sasanilər dövründə Şimali Azərbaycanda Albaniya nisbi müstəqilliyini qoruyub saxladığı halda, Atropatena imperiyasının tərkibinə daxil oldu. Tarixçi M.Təbəri Sasani dövlətinin I əsrdə yarandığını göstərir. Təbəri yazır ki, Ərdəşir Babəkan Əcəmi ölkəsini asılı ölkələr sistemindən azad etdi. Beləliklə,  parfiyalıların hakimiyyəti devrildi və yerində yeni Sasanilər dövləti təşəkkül etdi. Yeni dövlət  sülaləsi olan Sasanilər tayfalar birliyi və yaxud asılı dövlətlər sistemini ləğv edərək, mərkəzləşmiş dövlət yaratdılar. F.Engels Sasanilərin yeni dövlət sistemindən "Sasanilərin nizama, salınmış İran monarxiyası" kimi bəhs etmişdir. Beləliklə, Sasanilər nizamlı bir dövlət quruluşu yaratmış oldular.
Sasanilər parfiyalıları məğlub etdikdən sonra öz hakimiyyətlərini möhkəmləndirmək məqsədilə yeni ərazilərin işğalına başladılar. Hələ I Ərdişirin dövründə Sasanilər Mesopotamiyanı, Atropatenanı və Orta Asiyanın bir hissəsini zəbt etdilər. Atropatenanın iqtisadi inkişaf nöqteyi-nəzərindən qonşu ölkələrdən irəlidə olması, digər tərəfdən həmin ölkənin strateji mövqeyinin əlverişliliyi onu hələ qədimdən məşhur etmişdi.

25.01.2015

Azərbaycanın ilkin dünyagörüşündə heyvan və quş totemləri

Azərbaycanın ilkin dünyagörüşündə heyvan və quş totemlərinin də özünəməxsus obrazlar qalereyası (buynuzlu ana maral, inək - öküz, ilan, aslan – qurd, ağ sunqur quşu totemi və s.) yaradılmışdır. Dünyanın ən mötəbər arxeoloji ensiklopediyalarını bəzəyən maral fiqurlarının totemlə bağlananları qədim türk məskənlərində (Azərbaycanda, Türkiyədə və saklar yaşayan Şimali Qafqazda) aşkar edilmişdir.
Buynuzlu Ana maral xalqın poetik şifahi yaradıcılığında və inanclarında yeganə heyvandır ki, birmənalı münasibətlə qarşılanır. Bayatılarda maralın qaçıb uzaqlaşması insan qəlbinin daşa dönməsinə bərabər sayılır. Maralın Azərbaycan türklərinin əsas totemi kimi qəbul edilməsi son illərdə yurdumuzun müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılarla da təsdiqlənir.