31.08.2014

Naxçıvanın tarixi atlası.


Tarix dərslərində istifadə edə biləcəyiniz bir resursdur.Baxmaq üçün linkə keçid alın.



Qədim Azərbaycan Manna dövlətinin meydana gəlməsi və süqutu

Qədim Azərbaycan dövlətçilik tarixində Manna ilk mərkəzləşmiş dövlət idi. Q.Qeybullayev "Azərbaycançılığın etnik tarixinə dair" əsərində yazır ki, "Manna Azərbaycan ərazisində türk xalqlarının tarixində məlum olan ilk dövlət qurumudur".


Qədim Azərbaycan dövlətçilik tarixində Manna ilk mərkəzləşmiş dövlət idi. Q.Qeybullayev "Azərbaycançılığın etnik tarixinə dair" əsərində yazır ki, "Manna Azərbaycan ərazisində türk xalqlarının tarixində məlum olan ilk dövlət qurumudur".

Nizaminin hökmdar qadın surətləri

Nizaminin qələmə aldığı tarixi qəhrəmanlar və bunlarla əlaqədar təsvir etdiyi hadisələr təkcə şair təxəyyülünün məhsulu olmayıb, məhz mövcud tarixi şəxsiyyət və hadisələrin bədii gerçəkliklə tərənnümüdür. İskəndərin Azərbaycana gəlməsi, Nüşabə ilə görüşü, Şirvandan keçib Dərbəndə getməsi, türk xaqanları ilə diplomatik əlaqələri, sülh-dostluq müqavilələri, əhd-peymanları, Orta-Asiyaya, Çinə səfəri və sair də Nizamiyə məlum olan mötəbər tarixi dəlillər, həqiqətlər idi. Və bunları inkar etmək üçün, hələlik heç kəs, heç bir tədqiqatçı ortaya tutarlı fakt-dəlil çıxara bilməyib. Bu həqiqəti təsdiq üçün isə tarixdə kifayət qədər dəlillər vardır.
Nizamidə verilən, təsvir olunan hadisələr tarixi həqiqətlərlə səsləşirsə, bir-birinə uyğun gəlirsə, bununla tariximizin hələ də qaranlıq qalan səhifələri işıqlandırılır, müəyyən mənada durulmuş olur. Problemin ciddiliyi və tarixi-elmi əhəmiyyəti də bundadır.
Biz Nizaminin poeziyasına-ağlına, zəkasına inanırıqsa, müraciət etdiyi dəlillərin də tarixiliyinə, həqiqət oluğuna inanmalı, bu dəlillərə ciddi yanaşmalıyıq.

30.08.2014

Dünyanın ən istedadlı uşaqları

Farrel Vu
Business Insider jurnalı Farrel Vunu dünyanın ən ağıllı və istedadlı uşaqlarından biri adlandırır. 2012-ci ildə Australian Mathematic Competition (AMC) nüfuzlu riyaziyyat yarışmasında iştirak edir və təcrübəli riyaziyyatçıları qabaqlayaraq birinci yeri tutur. Vunun bir yaşı olanda o, riyazi məsələləri həll edirdi, üç yaşında isə artıq birjada ticarətdə iştirak edirdi, 10 yaşında olanda onu Miçiqan Universitetinə qəbul edirlər. Orada o, bank işini və investisiyanı öyrənirdi.

İtirilmiş 6 böyük şəhər

Ktesifon - Bağdaddan 32 km aralıda, Tiqr çayının aşağı axarında yerləşən və 30 kv. km sahəni əhatə edən bir şəhər olub. II əsrdən VII əsrədək əvvəl Parfiya dövlətinin, daha sonra isə Sasanilər dövlətinin paytaxtı olub. Dövrümüzədək gəlib çatmış Ktesifonun kərpicdən inşa edilmiş tikililəri öz böyüklüyü ilə adamı heyran edir.

Azərbaycan tarixi.Şəki xanlığı


Dünya tarixində 10 ən qəddar hökmdar

Dünya tarixində bir çox hökmdar başqa insanların əzab və iztirablarına tamamilə biganə yanaşırdılar, bəzi qəddar hökmdarlar belə əzablardan hətta həzz alırdılar və müəyyən sosial qrupları hər cür alçaltmaq və diskriminasiya etməyə çalışırdılar, bəzi kralların isə qəddar qəribəlikləri var idi. Aşağıda dünya tarixində iz buraxmış və bizim bu günümüzə təsir etmiş 10 ən qəddar hökmdarları təqdim edirik. 


10. Oliver Kromvel

Oliver Kromvel – İngiltərənin 17-ci əsrdə siyasi və hərbi lideri. O, Şotlandiya və İrlandiya katoliklərinə qarşı nifrəti ilə tanınır. İrlandiyada Kromvelin qoşunları katolik din xadimləri də daxil olmaqla 3500-ə yaxın insanı qırıb. Onun əmri ilə Veksfordda daha 3500 insan qətlə yetirilib. Ümumilikdə, İrlandiya kampaniyası çərçivəsində təxminən 50 min insan qətlə yetirilmiş və didərgin salınmışdır. Şotlandiyanın Dandi şəhərində o, şəhər limanını məhv etmiş və 2 min insanı qətlə yetirmişdir.



26.08.2014

Karvan yolları.

Ənənəvi quru yolları arasında iqtisadi-ticarət əhəmiyyətinə və yükdaşıma dövriyyəsinin həcminə görə karvan yolları xüsusi yer tuturdu. Qədim və orta əsrlər dövründə beynəlxalq ticarət əlaqələri karvan yolları vasitəsilə həyata keçirildiyindən bu yollar Azərbaycanı dünyanın yaxın və uzaq ölkələri ilə əlaqələndirirdi. Çindən başlanan qədim «İpək yolu»ndan tutmuş Şərq ölkələrindən müxtəlif səmtlərə baş alıb gedən tranzit ticarəti yollarının çoxu Azərbaycandan gəlib keçirdi. Azərbaycanın paytaxt əhəmiyyətli şəhərləri, habelə iri sənət və ticarət mərkəzləri tarix boyu beynəlxalq tranzit ticarəti yollarının başlıca dayanacaq yerinə, alışveriş
məntəqələrinə çevrilmişdilər.

06.08.2014

Zabit Quliyev — Azərbaycanın Milli Qəhrəmanı

6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirib. Zabit bir müddət rayonda təsərrüfat işlərində çalışır. 1993-cü il Milli Orduya çağırılır.

Zabit Quliyevİ birbaşa cəbhəyə apardılar. Zabit cəsur döyüşçü kimi Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində rəşadətlə vuruşmuşdu. Zabit çox tez bir zamanda hörmət qazanmışdı. Erməni faşistlərini zirehli texnikalarını dəfərəlrə sıradan çıxarmışdı. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı cəsur döyüşçü ermənilərin dörd tankını alova bürüdü.[1] Zabit bu çətin günlərdən sağ-salamat çıxa bildi. Mahir atıcının adı elləri gəzirdi. Zabit Quliyevin həyatı Azərbaycan gəncləri üçün məktəbdir, əsl əsgər manifestidir.
Ailəlidir, bir övladı var.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Vahid Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Dünyanın ən yaxşı muzeyləri

Bu gün sizə dünyanın ən çox ziyarət edilən, ən populyar və ən zəngin muzeylərini təqdim edirəm:

1. Vatikan muzeyləri

1473-cü ildə Papa II Yuli tərəfindən əsası qoyulan Vatikan muzeyləri hələ də dünyanın ən böyük muzeylərindəndir. Muzeylərdə əsasən Renesans dövrünə aid maraqlı əsərlər var. Məsələn, Mikelanceloya aid “Sonuncu məhkəmə” adlı rəsm “Sistine Chapel” muzeyindədir. “Sistine Chapel” kimi bir çox muzeyi papalar üçün tikilən saraylarda qurulduğundan divarlar, döşəmələr, tavanlar sizi təəccübləndirəcək əl işləri ilə zəngindir. Vatikan muzeylərinin bəzilərinə pulsuz, bəzilərinə isə 5-10 evro ödəyərək daxil ola bilərsiniz.

2. Luvr muzeyi

Azərbaycan tarixi.Qarabağ xanlığı