28.07.2014

Aşel mədəniyyəti

Aşel mədəniyyəti — Azərbaycan ərazisində arxeoloji mədəniyyətdir.
Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı, Acıdərə, Şişquzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur. Erkən Aşel 700-500 min il bundan əvvələ aid edilir. Azıx mağarasında Erkən Aşel Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Aşel dövrünün erkən mərhələsi Azıx mağarasının altıncı təbəqəsində aşkar olunmuşdur. Bu təbəqədən xeyli daş məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki ovuntusu aşkar olunmuşdur. Heyvan qalıqlarının çox aşkar olunması Aşel dövründə təsərrüfatda ovçuluğun əsas yer tutduğunu göstərir. Əmək alətləri başlıca olaraq felzit, kvars, çaxmaqdaşı, bazalt, əhəngdaşından, bəzən isə xalsedon və digər daş cinslərindən hazırlanmışdır. Daş məmulatı əmək alətləri, istehsal tullantıları və çay daşlarından ibarətdir. Əmək alətləri arasında kobud çapacaqlar, qaşovlar kəsici alətlər və ərsinlər xüsusi yer tutur. Çapacaqlar həcminə görə Olduvay, Ubeydiyə, Terra-Amatadan tapılmış alətlərlə uyğundur.

27.07.2014

Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi prosesində başlıca vəzifələrdəndir.
Struktur islahatları nəticə etibarilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsilalanların və təhsilverənlərin hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət etməlidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq

QƏRARA ALIRAM:

16.07.2014

5 ölkə adının sirri.

Bəzi  ölkələrin adları bizi üçün  "Terra incognita"dır.  Buzlu Qrenlandiya "Yaşıl torpaq",
Melaneziyadakı adalar isə Salamon çarın şərəfinə adlandırılıb. Bu adların bir neçəsini araşdıraq.




Qrenlandiya.

15.07.2014

Daşsalahlı mağarası



Mənsur Mansurov,
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Əhliman Dadaşzadə,
Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı




Qədim insanlar yemək ehtiyatlarını nəinki saxlamağı bacarmışlar, hətta mağaranın qaranlıq yerlərini anbar kimi istifadə edib qorumuşlar

06.07.2014

10 aprel 1840-cı il inzibati-məhkəmə islahatının hazırlanması və həyata keçirilməsi

Rusiyanın Azərbaycan torpaqlarının işğalı prosesində həyata keçirdiyi siyasi xəttinin əsas cəhəti xanlıqların ləğvi ilə bərabər xanlıq üsul-idarəsinin aradan götürülməsi idi. Xanlıq idarəçiliyi kommendant idarə sistemi ilə əvəz edilmiş,xanlıqların yerində yeni inzibati bölgü – əyalətlər yaranmışdı.Ləğv edilən hər bir xanlıq əvəzinə yalnız bir əyalət yaradılırdı.Azərbaycan ərazisində yaradılan əyalətlərin idarəsi üçün əyalət rəisi vəzifəsi təsis edilmişdi. Bir qayda olaraq bu vəzifə əyalətdəki rus qarnizonunun komandiri – komendanta həvalə edilirdi. Komentdant yalnız xristian məzhəbindən olan mayor,podpolkovnik və ya polkovnik rütbəli zabitlərdən təyin edilirdi.Belə inzibati idarə sistemi komendant idarə sistemi adlanırdı.Rus rəsmi sənədlərində bu inzibati sistem «hərbi-xalq rejimi»adlansa da, bu əslində hərbi işğal rejimi idi.Əyalət rəisləri – komendantlar çox geniş səlahiyyətlərə malik idilər. Bu səlahiyyət aşağıdakılardır: onlar qəza rəisi idilər, keçmiş xan divanına məxsus torpaqların, müxtəlif əmlakların, o cümlədən neft və duz mədənlərinin, balıq vətəgələrinin və s., keçmiş xanların müsadirə edilmiş əmlaklarının– torpaqlar, kəndlər, rəncbərlər, təsərrüfatların; Rusiya əleyhinə çıxışlarda iştirakına görə sürgün edilmiş yerli ali təbəqənin əmlaklarının idarə edilməsi; vergilərin təqsim edilməsi və yığılması; yeni vergi və mükəlləfiyyətlərin təsisi və s. Komendant Əyalət məhkəməsində sədrlik edirdi. Xanlıqlar ləğv edilsə də,
xanlıqların dövründə mövcud olan inzibati sistem – mahal bölgüsü saxlanılmışdı, odur ki, mahal naiblərinin təyinatı və ya işdən çıxarılması da komendantın səlahiyyətində idi. Komendant, müxtəsər desək, keçmiş xanlara məxsus bütün hüquq və səlahiyyətlərə malik idi. Lakin onlar xandan fərqli olaraq dövlət başçısı deyildilər və həm də hökumət qarşısında məsul idilər, onlar məsuliyyətə cəlb edilə bilərdilər.Komendant idarə sisteminə komendantdan əlavə böyük bir məmurlar ordusu da daxil idi: komendantın köməkçisi,polismeyster, əyalət təsərrüfatının başçısı mahal naibləri və s.

01.07.2014

Klassik dövr mədəniyyəti

 Qədim Yunan mədəniyyətinin çiçəklənmə dövrlərindən birini də b.e.ə. VI-IV əsrləri əhatə edən klassik dövr təşkil edir. Bu dövr erkən klassika (b.e.ə. VI-V əsrin I yarısı), orta klassika (b.e.ə. V əsrin ortaları) və son klassika (b.e.ə. V-IV əsrin sonları) çağlarına bölünür.
Erkən klassika çağında incəsənətdə ciddi üslub başlıca yer tutur. Bu ilk növbədə, həmin tarixi dövrdə ictimai- siyasi şəraitdəki vəziyyətlə bağlı idi. Yunanıstanın Fars hökuməti ilə mübarizəsi, yunan şəhər -dövlətlərində (polislərdə) demokratiyanın güclənməsi ilə izah edilməyə başlayır. Arxaik dövrdəki tiranlıq artıq
keçmişdə qaldı. Tarix səhnəsində vətəndaş, insan başlıca fiqur kimi əsas yer tutdu. Bu isə incəsənətdə mübarizə və döyüşlərlə bağlı hadisələrə üstünlük verilməsinə səbəb oldu.B.e.ə. V əsrin 60-cı illərində Olimpiyada məşhur Zevsin məbədi ümumellin cəmiyyətinin əsas müqəddəs yerlərindən biri kimi qiymətləndirilir.