25.12.2013

"Tariximiz,keçmişimiz..."ədəbi-bədii gecə.

Bu gün məktəbimizdə "Tariximiz,keçmişimiz..."adlı ədəbi-bədii gecə keçirildi.Gecəni məktəbin 6 "a",8"s" sinfinin şagirdləri,9"a"sinfinin şagirdlərindən Ağarəhimova Almaz və Rüstəmova Səbinə,9"s" sinfinin şagirdləri Qasımova Aytac,Bağırova Cəmilə,
Şıxaliyeva Aytac və Məmmədov İsmayıl hazırlamışdılar.Gecəni 11 S sinfinin şagirdləri İsayeva Elnurə və Əsədova Xədicə aparırdı.Adları çəkilən siniflərə və şagirdlərə təşəkkür elan edilir.






24.12.2013

BSQ 1.6 sinif Ümumi tarix.

Azərbaycan tarixi.Atropatena



Azərbaycan tarixi, XI sinif MÖVZU: NEFT-SUVEREN AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ SƏRVƏTİDİR

Vaxt: 45 dəqiqə
Məqsəd: 1. Azərbaycan Respublikasının neft strategiyasının qiymətləndirilməsi üçün neft sahəsində müxtəlif mülkiyyət formalarının üstünlük və çatışmazlıqlarının açılması.
2. Şagirdlərdə:
-çətin və birmənalı olmayan vəziyyətlərdə – neft üzərində
mülkiyyətin müxtəlif formalarının təhlili zamanı – düşünülmüş qərarlar qəbul etmək;
-tarix və iqtisadiyyat dərslərində əldə edilmiş bilikləri bu
problemin həllinə tətbiq etmək bacarıqlarını formalaşdırmaq.
3. Öz ölkəsinin milli sərvəti üçün qürur hissi və mühüm
məsələlərin həlli zamanı məsuliyyət hissi tərbiyə etmək.
Təchizat:
- «Azərbaycan hansı təbii ehtiyatlarla zəngindir?» plakatı;

14.12.2013

Azərbaycan müəllimlərinin XIV qurultayı.


Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib.Mən də bu qurultayda Kürdəmir müəllimlərini təmsil edənlərdən biri idim.Qurultaydan çox böyük təəsüratlarla qayıtdım.Təhsil naziri Mikayıl Cabbarovun çıxışı bizlərə Azərbaycan təhsil sistemini gözləyən böyük dəyişikliklərlə tanış etdi.

13.12.2013

Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetləri


Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsi və bu məqsədlə geniş ictimaiyyətin məlumatlandırılması üçün təhsilin bütün pillələri - məktəbəqədər, ümumi, ilk-peşə ixtisas, orta ixtisas, ali təhsil və diplomdan sonrakı təhsillə bağlı hər il növbəti il üçün prioritetləri elan edəcək.
Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetləri
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planı hazırlanmışdır. Həmin tədbirlərin keçirilməsində əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarətdir.

06.12.2013

İbtidai icma quruluşu-testlər.(cavablı)


Daş üzərində qədim xəritə.

Arxeoloq Devid King İngiltərədə Koln yerində qədim arxeoloji layları araşdırırdı.20 il ərzində ,o, 10 000 paleolit dövrünə aid artefakt toplamışdır.
O buradan bir daş tapmışdır.Coğrafiyanı bir az bilən daşın üzərində qədim xəritə olduğunu başa düşər.Lakin 10 il ərzində müxtəlif institutlara baş vuran King alimlərin diqqətini cəlb edə bilməmişdir,çünki heç biri qədimdə insanların bu qədər bilik əldə etməsinə inanmır.Daş üzərində xəritədə hətta məktəbli uşaq belə Avropa sahillərinin əks olunduğunu müşahidə edə bilər.

Bizə isə zamanla bu məsələnin nə ilə nəticələndiyini gözləmək qalır.

04.12.2013

QƏRARLAR AĞACI



«Qərarlar ağacı» üsulu Con Patrik və Riçard Remi (ABŞ)
tərəfindən işlənilib. Bu üsul mürəkkəb və birmənalı olmayan vəziyyətlərdə qərar qəbulunu asanlaşdırır, düşünülmüş qərar qəbul etməyə kömək edir.
«Qərarlar ağacı» üsulunun tətbiqi üçün suallar, problemlər götürülür ki, onların bir neçə həlli yolu vardır. Bu üsuldan istifadə edərkən şagirdlər mümkün olan qərarların bütün variantlarını təhlil edir,
hər bir variantın müsbət və mənfi cəhətlərini göstərirlər. Bütün variantlara baxdıqdan sonra şagirdlər müsbət və mənfi cəhətləri nəzərə alaraq qərar qəbul edirlər – variantların birini seçirlər.
Tapşırığı yerinə yetirərkən şagirdlər aşağıdakı cədvəli doldururlar:

03.12.2013

Mesopotamiya mədəniyyəti

Mesopotamiyanın ilk sakinləri təxminən b.e.ə. 40-cı minillikdə məskunlaşmışlar. İnsan qruplarının bir
hissəsi mağaralarda yaşayaraq dağ keçisi və qoyunlarının ovu ilə məşğul olurdu. Yalnız b.e.ə. X minillik müəyyən dəyişikliklərlə müşayiət olunur – insanlar torpaqla işləməyə başlayaraq oturaq həyat tərzinə keçirlər.

Bu həyat şəraiti onların özləri üçün komalar, çiy kərpicdən evlər inşa etməsinə imkan yaradır. Beləliklə, b.e.ə.VII minillikdə artıq Mesopotamiya ərazisində torpaqla məşğul olanlar məskunlaşmağa başlayır. Cəmiyyətin bundan sonrakı inkişafı sürətlə tərəqqiyə doğru irəliləyir.