24.11.2013

Təhsil naziri Mikayıl Cabbarovun "Azərbaycan" qəzetinə müsahibəsi.


Müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdəndir. Bu baxımdan ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini nəzərdə tutan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunması mühüm əhəmiyyət kəsb edir.

23.11.2013

Dərs planı-Marağa rəsədxanası.

Mövzu: Marağa rəsədxanası.

Məzmun xətti: Mədəniyyət, şəxsiyyət.

Standart: 5.1.1; 5.1.2; 4.1.2.

Məqsəd: Marağa rəsədxanasının yaradılmasını zəruri edən səbəbləri izah edir;
 Marağa rəsədxanasının və kitabxanasının mədəniyyətin və elmin inkişafında rolunu dəyərləndirir;
“Nəsrəddin Tusi böyük elm və dövlət xadimidir” adlı kiçik esse yazır.

İnteqrasiya: A.d.:1.2.1.; H.b.:3.1.1.; 3.3.1.

Dərsin tipi: Yeni bilik və bacarıqlar formalaşdıran dərs.

İş formaları: Qruplarla iş.

17.11.2013

5 NÖV BACARIQ SƏMƏRƏLİ TƏLİM VƏ TƏDRİSİN ÖZƏYİNİ TƏŞKİL EDİR.

I DƏRSİN MƏNTİQİ CƏHƏTDƏN TƏŞKİLİ
a) İzahat. Bu müəllimin aydın və başa düşülən nümunələrlə dərsi
öyrətmək bacarığına əsaslanır.
b) Dərsin məzmununun təşkili. Təlim fəaliyyətini müəyyən edir.
c) dərsin məzmun və təlim fəaliyyətinin ardıcıllığı.
Dəqiq elmlərdə məlumdan naməluma. Humanitar elmlərdə
xronoloji ardıcıllıq.
d) Nəyə diqqət yetirilməlidir. Müəllim dərs zamanı əsas diqqəti ən
vacib məsələyə yönəltməlidir.

VIIIa sinfində tarix fənnindən açıq dərsin icmalı

Mövzu: “Ağqoyunlu dövləti”
Məqsəd: Şagirdləri mövzu haqqında açıq və sərbəst düşünməyə sövq etmək. Şagirdlərdə idrak fəallığını artırmaq, biliyin əldə edilməsi, xüsusilə tədqiqatlar aparmaq bacarığını formalaşdırmaq.
Üsul: İnteraktiv: Müsahibə xarakterli dərs. İşgüzar səs-küy.
İş formaları: Böyük və kiçik qruplarla iş.
İnteqrasiya: Coğrafiya, riyaziyyat.
Təchizat: Dərslik, xəritə, test, kartoçkalar, krossvordlar, kompyuter.
Dərsin planı.
1. Sinfin təşkili – 1 dəq.
2. Ev tapşırığının yoxlanılması – 2 dəq.
3. Keçmiş dərsin müsahibə üsulu ilə sorğusu – 10 dəq.
4. Keçmiş dərs ilə yeni dərs arasında əlaqə – 2 dəq.
5. Motivasiyanın qoyulması – 2 dəq.
6. Yeni dərsin izahı – 15 dəq.
7. Yeni dərsin möhkəmləndirilməsi – 7 dəq.
8. Qiymətləndirmə – 3 dəq.
 9. Ev tapşırığının verilməsi – 3 dəq.
Dərsin gedişi.
I.Sinfin təşkili
Zəng vurulduqdan sonra sinfə daxil olub, şagirdlərlə salamlaşır və əyləşmək icazəsi verirəm. Nizam-intizamı bərpa etdikdən sonra davamiyyəti yoxlayıb, jurnalda lazımi qeydlər aparıram.
II. Ev tapşırığının yoxlanılması
Şagirdlərin XV əsr memarlıq abidələri haqqında apardıqları tədqiqatların nəticələrini yoxlayıram.
III. Keçmiş dərsə aid müsahibə

Bilirsinizmi.




12.11.2013

Qədim Pompeyin qalıqları.

Pompey -  Neapolun yaxınlığında Vezuvi  vulkanının külü altında qalmış qədim Yunan şəhəridir.Müasir dövrdə isə açıq səma altında muzeydir.YUNESKO- nun Ümümdünya İrsi siyahısına daxil edilib.

Pompeydə forumun təsviri,arxada -Vezuvi vulkanı

11.11.2013

Azərbaycan Respublikasının Konstitusiya günü

Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.

Konstitusiya –(lat. constitutio — "quruluş") — ölkənin əsas sənədi, dövlətin ali hüquqi qüvvəyə malik hüquqi-normativ aktı, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi statusunu müəyyən edir.

TARİX ÜZRƏ İNTERAKTİV DƏRSLƏRİN MÜXTƏLİF MODELLƏRİ



MƏNBƏLƏRİN ÖYRƏNİLMƏSİ ÜZRƏ DƏRSLƏR
Mənbələrin öyrənilməsi və onlar əsasında tarixi vəziyyətin göstərilməsi olduqca vacib əhəmiyyətə malikdir. Mənbələrin öyrənilməsi üzrə dərs müxtəlif bilik mənbələri ilə (müəllimin şifahi hekayəti, yazılı mətni, illüstrasiyalar, xəritələr, videomateriallar və s.) işi
təşkil etməyə, şagirdlərə tarixi faktların təhlili, təsnifatı və
sistemləşdirilməsi üsullarını, onların ümumiləşdirilməsini və öz mövqeyini əsaslandırmasını öyrənməyə imkan verir. Belə dərslər şagirdlərin tədqiqat fəaliyyətini stimullaşdırır. Şagirdlərin müstəqil təhlil işini müxtəlif dərs formalarının köməyi ilə təşkil etmək olar.

“Sacilər dövləti” mövzusunda dərs nümunəsi.

Sinif VII
Dərsin planlaşdırılması.
Mövzu: Sacilər dövləti.
Standartlar:
1,1; 3.1.1;3.1.2;4.1.2.
Məqsəd: Azərbaycanda yeni feodal dövlətin türk mənşəli Sacilər sülaləsi tərəfindən yaradılmasının hansı tarixi şəraitin nəticəsində baş verməsini dərk edir.
Azərbaycanın vahid mərkəzdə birləşdirmə siyasətinin xalqın formalaşmasına müsbət təsirini anlayır.
Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
Tarixi şəxsiyyətləri oxşar və fərqli cəhətlərə görə təhlil edir.
İş forması: Qruplarla iş. Kollektiv iş.
İş üsulu: Klaster,Venn diaqramı,test.
Resurslar: Dərslik, xəritə, kompyuter, iş vərəqləri, marker, videocarx.

Tədqiqat sualı:
Sacilər dövlətinin yaranmasını mümkün edən tarixi şərait və bütün Azərbaycan torpaqlarının dövlətin tərkibində birləşməsinin əhəmiyyəti nədə idi.

01.11.2013

Muzeyə virtual səyahət.

Bi-Bi-Si kanalının aparıcısı Devid Attenboro təbiət haqqında sənədli serialların müəllifidir.Yaşının az olmamasına baxmayaraq o bizi təəccübləndirməyə davam edir.Britaniya təbiət tarixi muzeyindəhər gün interaktiv filmlər nümayiş edilir.


64 yerlik kiik zalda Yer üzündə həyatın evolyusiyası haqqında  50 dəqiqəlik oyrədici film translyasiya edilir.
Daxil ol.
Burada əsas tamaşaçı məktəblilərdir.Onlar 3-d obyektləri tərpədə bilər,virtual təcrübələr keçirə bilər,qədimdəki varlıqların həyatını müşahidə edə bilər.
Bu muzeyin saytında Neandertal adamın 3d modelinə baxa bilər ,hətta onu veb-kamera və markerlərin köməyi ilə öz otağınızda görə bilərsiniz.
                                  Sayta daxil ol.
Sizlərə bu dünyaya xoş səyahət arzulayıram.