31.07.2013

Misir mədəniyyəti


Qədim Misir mədəniyyəti təşəkkül tapmış ən ilkin mədəniyyət mərkəzlərindəndir. O təxminən b.e.ə. IV minilliyin sonundan b.e.ə. 332-ci ilədək yaşamışdır. Misirin dövlət kimi formalaşması b.e.ə. IV minillikdə başlamışdır. Artıq yeni minilliyin əvvəl-lərində Nil çayının şimal və cənubunda 40-dan artıq şəhər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur.Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş və dini ayinlər icra etmişdir. Müxtəlif sayda allahlar təbiət qüvvələri və ictimai hadisələri tərənnüm edirdi. Ay – qadın, torpaq və hava isə kişi allahları kimi təcəssüm tapmışdır. Baş Allah - Günəş allahı Hepri və ya Heprer adlandırılırdı.Qədim misirlilərin allahlarının sayını söyləmək çətindir. Əsas allahlar su, torpaq, dünya ruhunu təcəssüm etdirən Ptax hesab edilirdi. Öküz Misirdə səcdə edilən heyvanlardan biri hesab edillərək güc və məhsuldarlıq rəmzi kimi təsəvvür edilirdi. Öküzlərə etiqad ən zəngin və əlamətdar ayinlərdən biri hesab edilirdi. Apis öküzü «ülvi təcəssüm» hesab edilərək Ptaxa xidmət edir və məhsuldarlıq rəmzi kimi tanınırdı.

Açıq dərs-3.



Ardına baxmaq üçün səhifəni tam açın.

30.07.2013

“Atropatena dastanı”

Yazıçı Vahid Məmmədlinin “Atropatena dastanı” romanı Türkiyədə işıq üzü görüb. Əsəri Türkiyə türkcəsinə Fəthi Gədikli çevirib.Vahid Məmmədli hüquqşünasdır. Beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktoru olan yazıçı “Tunc Allahın yükü”, “Cəllad tələsməyi sevmir”, “Heksogenli yol yoldaşı” bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınır. Əsərləri Rusiyada, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Hindistanda və dıgər ölkələrdə çap olunub.

Qədim Azərbaycan Atropatena dövləti: adının mənşəyi

Atropatenanın mənşəyinə aid müxtəlif fikirlər mövcuddur. Azərbaycanın cənubu müvafiq surətdə Atropatena, Aturpatakan, Adorbiqan, Adirbican və s. adlandırılırdı. Azərbaycan adının ilkin forması Azərbayqan kimi bərpa edilir. Tarix dərsliklərində ad müxtəlifliyini aradan qaldırmaq üçün Cənubi Azərbaycan müvafiq dövr üçün Adərbayqan adlandırılmışdır.

«Şah arvadı və Cadugər»

Yazıçı-publisist, türkoloq alim Yunus Oğuzun daha bir romanı işıq üzü görüb.Romanda XVI əsrin tarixi hadisələrindən, I Şah Abbasın anası Xeyransa xanımdan söhbət açılır. Əsər tarixi faktlar, maraqlı hadisələrlə zəngindir. Romana «Ön söz»ü AMEA-nın müxbir üzvü, profes-sor, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfə-rov yazıb. O, kitabı «ədəbiy-yatımıza şöhrət gətirə biləcək əsər» kimi qiymətləndirib.
 “«Təhmasib şah» və «Nadir şah» romanları ilə müqayisədə «Şah arvadı və Cadugər» romanında müəllif daha çox yazıçıdır.”Kitabın sonunda oxuculara yazıçının qələmə aldığı digər tarixi romanlar, kitablar haqqında bilgi verilib

Azərbaycanda qədim əlyazmalar

Azərbaycan ərazisində ilk kitabın XI əsrdə yazıldığı məlumdur. Orta əsrlərdə Azərbaycan ərazisində türk, ərəb və fars dillərində nəfis əlyazma nümunələrinin yaranması, dünyanın ən məşhur kitablarının ölkəyə gətirilməsi ilə milli kitab mədəniyyətimiz xeyli zənginləşmişdir. Mənbələr bu dövrdə Azərbaycan ərazisində 1 milyondan artıq əlyazma kitabının toplandığını göstərir.

28.07.2013

Kürəkçay müqaviləsi



Son illərdə erməni millətçilərinin uydurma "Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi" problemini irəli sürmələri, onların öz dədə-baba yurdları - Qarabağda yaşayan dinc azərbaycanlı əhaliyə qarşı silahlı təcavüzə keçmələri ilə əlaqədar, erməni geosiyasətçilərinin və onların muzdlu vəkillərinin Qarabağın əzəli erməni torpaqları olması haqqında səhv fikri geniş yayılmışdır. Lakin təkzibolunmaz tarixi faktlar bunun tam əksini sübut edir.
Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədləri mənbələr, habelə xanlığın Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ Xanı İbrahim xanla Rusiya İmperiyasının 1805-ci il mayın 14-də imzaladıqları traktat əyani surətdə göstərir ki, İmperiya sırf Azərbaycan torpaqlarını işğal etmişdir, ermənilər isə bura sonralar Türkiyə və İrandan köçürülüb, gətirilmişlər. Bu sənədlərin heç birində Qarabağda erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında işarə belə yoxdur. Azərbaycan xalqının öz dədə-baba torpaqlarına ayrılmaz hüquqlarını əyani surətdə təsdiq edən bu sənədin çapı tarixi saxtalaşdıran ermənilərə və onların muzdlu havadarlarına layiqli cavabdır.



Antik Albaniyanın incəsənəti.



Arxeoloji tədqiqatlar nəticəsində qədim zamanların çoxlu ictimai binaları və başqa memarlıq abidələri, habelə sıravi tikililəri aşkar edilmişdir. Tikinti qalıqları binaların çaydaşından qoyulmuş bünövrələrindən, qismən salamat qalmış çiy kərpic divarlardan, bir çox sütunların müxtəlif tipli daş təməllərindən ibarətdir. Bunlar yəqin ki, monumental binaların memarlıq üslubu ilə bağlı yeganə məlum ünsürdür və təkcə əməli deyil, həm də estetik əhəmiyyətə malikdir. Albaniya ərazisində divar rəsmləri, mozaika və binaların başqa bəzək-düzəkləri təəssüf ki, hələ aşkar edilməmişdir.Azərbaycan xalqının folklor ənənəsində hifz edilib saxlanılmış məlumat binaların içərisinin naxışlı boyalarla, ipək parçalarla, xalı-xalça ilə bəzədildiyinə, bir çox musiqi alətləri olduğuna və musiqi sənətinin yüksək inkişafına dəlalət edir.Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə tənəzzülə uğrayır, daha erkən inkişaf dövrlərini səciyyələndirən rəngkarlıq sənəti qeyb olur; keramikaya vurulan əlvan naxışlar başlıca olaraq daha bəsit xarakter daşıyır.Bununla birlikdə Albaniya bədii keramikasının istehsalında özünü xüsusilə parlaq şəkildə büruzə verən dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd etmək lazımdır. Məhz antik dövrdə dulus çarxının demək

26.07.2013

Qadağan olunmuş şəhər.


Pekindəki Qadağan olunmuş şəhər dünyanın iri və ən sirli saray kompleksidir.500 ilə yaxın Çinin 24 imperatorunun iqamətgahı olan bu saray adi vətəndaşlar üçün bağlı idi.Bu qaydanı pozanları ölüm cəzası gözləyirdi.Baxmayaraq ki,bu gün bu kompleksin böyük hissəsi  ziyarətçilər üçün açıqdır,Gizli şəhərin tarixi hələ də tapmaca olaraq qalır.

25.07.2013

Meksikanın artefak muzeyi.



Meksikanın paytaxtında amerikalı hinduların mədəniyyəti ilə bağlı  zəngin artefaktlar kolleksiyası olan maraqlı muzey var.Hətta tarix və antropologiya ilə maraqlan-mayanlar üçün də bu muzeyin eksponatları təkrarolunmaz təəsuratlar yaradacaq.

24.07.2013

Dünyanın ən qədim tikililəri.

İtaliya.Çervetri.Banditaça nekropolu.E.ə.500 ildə tikilib.
(2500 il əvvəl)
İran.Persopol şəhəri.E.ə.518-ci ildə tikilib.(2500 il əvvəl)

Eramızdan əvvəl IV-II əsrlərdə Albaniyanın siyasi həyatı, Albaniya dövlətinin meydana gəlməsi.

Yazılı qaynaqlar göstərir ki, Əhəmənilərin hakimiyyəti
Qafqaz silsiləsinə qədər uzanan bir ərazini əhatə edirdi. Lakin Zaqafqaziya, o cümlədən Şimali Azərbaycan sakinlərinin Əhəmənilərdən asılılığının demək olar yalnız adı vardı; yoxsa nə ilə izah etmək olar ki, məsələn, kadusilər, albanlar və sakasenlər Makedoniyalı Aleksandrın qoşunlarına qarşı farsların müharibəsində İran təbəələri kimi deyil, Mada satrapı Atropatın müttəfiqləri kimi ç ı x ı ş etmişdilər.Bununla birlikdə Əhəmənilərin hökmranlığı alban tayfalarının siyasi həyata qoşulmasına, onlarda sinifli cəmiyyətin və dövlətin meydana gəlməsi proseslərinin intensiv-ləşməsinə səbəb olmaya bilməzdi. Güman etmək olar ki, ilk vaxtlarda Kaspisahili tayfaların, o cümlədən albanların xeyli hissəsi ümumi bir ad -"kaspilər"
adını daşımışdır. Əgər belədirsə, Hellada üzərinə gedən Kserks qoşunlarının tərkibində adları çəkilən "kaspilər" sırasında, ola bilsin, albanlar da varmış.Albanların siyasət meydanına eramızdan əvvəl IV əsrin son sülsündən gec olmayaraq çıxması şübhə doğurmur.

23.07.2013

Azərbaycan III - VII, XIII - XV əsrlərdə. Böyük Səlcuq imperiyası.


ŞAH

Kim nağıllarda, rəvayətlərdə, dastanlarda, kitablarda şahlar haqqında eşitməyib, oxumayıb? Kim quşun qərib bir adamın başına qonmaqla onu şah etdiyini bilmir? Ancaq real həyatda belə şey mümkün
 deyil. Şahlıq irsi keçən bir vəzifədir.Şah və ya padşah bir termin kimi ilk dəfə İranda Sasanilər dövründə işlədilməyə başlayıb. Şah titulu İranda şahlıq rejimi devrilənədək qalmaqda idi. Bir sıra Yaxın və Orta Şərq ölkələrində şah üsul-idarəsi mövcud olmuşdur. Şərqdə şah nə idisə, Qərbdə kral, çar, imperator o idi.

22.07.2013

İf qəsrinin qaranlıq tarixi

İf qəsri Fransanın cənubunda Friulski arxipelaqının ən kiçik adalarında yerləşir. Əsası 1527-ci ildə I Fransiskanın əmri ilə qoyulmuş bu qalanın inşası əslində tarixi zərurətindən irəli gəlib. Belə ki, sözügedən ərazi hər tərəfdən dənizlə əhatə olunduğundan onun güclü müdafiəyə ehtiyacı olub. 1531-ci ildə inşa işləri tamamlansa da, qəsr mövcud olduğu illər ərzində bircə dəfə də düşmən hücumu ilə qarşılaşmayıb. Bu səbəbdən qalanı dövrümüzədək qoruyub saxlamaq mümkün olub.

21.07.2013

Astrolyabiya.

Astrolyabiya 2 min il əvvəl yaranan br alətdir.O zaman insanlar Yerin Bəşəriyyətin mərkəzi olduğunu hesab edirdilər.Bu aləti bəzən qədim dünyanın kompyuteri adlandırırlar.Bu fikirlə mübahisə etmək olar,lakin astrolyabiyanın sirli və maraqlı alət olduğuna şübhə etmək olmaz.

19.07.2013

Virtual səyahət-Oberammerqau .

Dünyanın maraqlı güşələri ilə tanışlığımızı davam edirik.Bu gün sizə təqdim etdiyim yeri özüm də çox görmək istərdim.
Oberammerqau -Almaniyada (Bovariyada) kommunadır.Əhalisi-  5228 nəfər ( 31.12.2010). Sahəsi- 30,06 km².Balaca şəhərcikdə demək olar ki bütün evlər freskalarla bəzədilib. 

Birinci Dünya Müharibəsinin şəkilləri.

Toronto fotostudiyasının əməkdaşları stereoskopik kamera və fotoslaydlar aşkar edib.Həmin slaydlarda Birinci Dünya  müharibəsinin şəkilləri əks olunub.Bu fotolar səngərdə ,küçədə,döyüş müydanlarında çəkilmişdir. «Verascope» adlı əl steroskopik kamerası ilə çəkilmiş bu fotolar fransız əsgərləri tərəfindən çəıkilmişdir.Fotokamera əvvəlki vəziyyətindədir.Hər slayd tarixin bir məqamını özündə əks etdirir.Həmin fotoları sizə təqdim edirəm.Müəllimlər mövzuya uyğun dərslərdə istifadə edə bilər. .

Stounhenc

Stounhenc çəmbər formasında yerləşdirilmiş böyük daş bloklardan ibarət tikilidir. Təqribən 4.5 m hündürlüyündə, hər biri təqribən 25 ton ağırlığında təxminən 30 ədəd daş blokun birləşdirilməsindən əmələ gəlmişdir. İngiltərədə yerləşən bu tikili bir çox tədqiqatçıların diqqətini çəkmişdir. Tikilməsi və tikiliş məqsədi haqqında bir çox nəzəriyyələr irəli sürülmüşdür. Bu tikili təkamül nəzəriyyəsinin bəşəriyyət tarixini açıqlamaq üçün irəli sürdüyü iddiaları əsassız edən nümunələrdən biridir.




18.07.2013

10 yaşlı dahi.

Uşaqlar,şəkil çəkməyi sevirsiniz?Şəkildə gördüyünüz bu 10 yaşlı oğlan  20 dəqiqədə 2,2 mln dollar qazandı.Neçə?Bacarıq və əməyinin hesabına.

Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyası zənginləşir

Qəbələdə qazıntılar aparan beynəlxalq arxeoloji ekspedisiya tərəfindən qədim və erkən orta əsrlərə aid bir sıra vacib arxeoloji materiallar aşkarlanmışdır.

Bu ekspedisiyada AMEA Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya elmi-fond şöbəsinin kiçik elmi işçisi Laçın Mustafayev də iştirak etmişdir.

Ekspedisiyada aşkarlanmış ikidişli dəmir döyüş yabası, iki ədəd dəmir bıçaq, tunc asma bəzək, tunc halqa hissəsi muzeyin müvafiq fonduna verilmişdir. Bu əşyalar Qəbələ rayonunun Çuxur-Qəbələ kəndi ərazisində antik şəhər yerində eramızdan əvvəl IV - bizim eranın III əsrlərinə aid qəbirdən tapılmışdır. Həmçinin Qəbələ antik şəhər yerinin IV qazıntı sahəsindəki son tunc-erkən dəmir dövrünə aid təsərrüfat quyusundan aşkarlanmış təxminən bir kiloqram dənli bitki qalıqları (arpa) da muzeyə verilmişdir. Onların öyrənilməsi qədim Azərbaycanda təsərrüfat həyatının tədqiqi baxımından böyük əhəmiyyət kəsb edir.


http://www.science.gov.az/az/index.php?id=5799

16.07.2013

Qafqaz Albaniyasının məbədləri

Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq əməllərinə haqq qazandırmaq məqsədilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrları erməni abidələri elan edirlər. Tarixdə əslində heç vaxt mövcud olmamış, “Böyük Ermənistan imperiyası” barədə əfsanəni şişirdərək təkcə Azərbaycanın deyil, Gürcüstan, İran və Türkiyə ərazilərinin də xeyli hissəsini ermənilərin ”tarixi torpaqları” kimi qələmə verirlər. Azərbaycandakı bütün alban xristian abidələri bizim xalqımızın mədəni irsinə aiddir.
Qafqaz Albaniyası dövlətinin ərazisi çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə etmişdir.

15.07.2013

İlk dövlət qurumları-dərs.


Petra şəhəri-qədimdən hədiyyə.

Petra-Nəbati çarlığının paytaxtı və yaxşı qalmış gözəl qədim şəhərlərdən biridir.YUNESKOnun dünya irsinə daxil edilmişdir.Yunan dilindən tərcümədə Petra sözünün mənası qaya, daş deməkdir.Qədimdə Petra Yaxın Şərqlə Ərəbistan və Hindistanı birləşdirən.ticarət yolları üstündə yerləşirdi.Petranın qeyri-adiliyi bütün tikililərin qayada oyulmasıdır,buna görə də tikililərin rəngi qırmızı-cəhrayidir.

13.07.2013

BAKININ YAŞI VƏ XƏZƏR


                       Bакıdа İçərişəhər аdlаnаn ərаzidə Аzərbаycаnın tаnınmış аrхеоlоqlаrının аpаrdıqlаrı аrхеоlоji qаzıntılаr zаmаnı аşкаr еdilən zəngin mаddi-mədəniyyət nümunələrinin və tiкinti qаlıqlаrının yаzılı mənbələrlə müqаyisəli təhlili оnu söyləməyə əsаs vеrir кi, IХ-ХV əsrlərdə Bакı sıх məsкunlаşmış güclü iqtisаdi, siyаsi və mədəni mərкəz оlmuşdur.

12.07.2013

Lənətlənmiş ailə

Dünyanın ən qorxulu məkanlarından sayılan Vinçesterlərin evi Kaliforniya ştatının San-Xose şəhərində yerləşir. Bura gələn turistlərin ardı-arası kəsilmir. Deyilənlərə görə, evin sahibəsi sağlığında qonaq qəbul etməyi qətiyyən sevməzdi. O, hətta vaxtilə prezident Ruzveltin onlara çay içməyə gəlmək istəyinə də məhəl qoymayıb. Sara Vinçestrin qeyri-adi evi ilə bağlı sirli məqamlar bu günə kimi tam açılmayıb.

11.07.2013

Kauridən manata qədər

Hələ qədim zamanlardan insanlar pulsuz yaşamağın mümkünsüzlüyü anlayıblar. Əcdadlarımız pul əvəzinə başqa mubadilə vasitələrindən istifadə edərək, öz tələbatlarını ödəyiblər. O dövrdə natural əlaqələr mövcud olduğundan insanlar yaşadıqları ərazilərdə mubadilə forması kimi ərzaq məhsulları və digər vasitələrdən yararlanıblar. Məsələn, Abşeron yarımadasında duz, balıq, digər bölgələrdə isə mal-qara pul əvəzi kimi işlənib.

10.07.2013

Utilər.

Utilər - Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalar. Bir sıra tarixçilər utiləri e.ə. III - II minilliklərdə Cənubi Azərbaycan ərazisində yaşamış kuti tayfaları ilə əlaqələndirirlər. Lullubi tayfaları tərəfindən öz yurdlarından sıxışdırılıb çıxanları kutilər tədricən şimala doğru hərəkət edərək Göycə (Sevan) gölünün ətraf ərazilərində məskunlaşmışlar. Urartu mənbələrinin
verdiyi məlumatlara görə, onlar burada etiunilər adı ilə tanınmışlar. E.ə. VIII əsrdə urartulular Etiuni vilayətini tuturlar və etiunilər Kür-Araz vadisinə köçürlər.

09.07.2013

Azadlıq heykəli.

Azadlıq heykəli ABŞ və dünyanın ən məşhur heykəllərindən biridir.Bu heykəl 4 iyulda ABŞ Müstəqilliyi günündə açılmışdır. Nyu-Yorkun və ABŞ simvolu olan  Azadlıq heykəli Fransa xalqının 1886-cı ildə Amerikan inqilabının 100 illiyi münasibəti ilə etdiyi hədiyyədir.Bu buraxılışda Azadlıq heykəlinin yarandığı gündən bu günə kimi  tarixini öyrənəcəksiniz.Həm də şəkillərin müşahidəsi ilə.

Sadıq bəy Əfşar (1533-1610)

Dünya bədii incəsənəti nümunələri arasında Təbriz miniatür məktəbinin nümayəndələri tərəfindən yaradılmış əsərlər xüsusi yer tutur. Bütün Şərq bədii incəsənətinin inkişafına təsir göstərmiş bu miniatür məktəbinin azərbaycanlı nümayəndələri sırasında Sadıq bəy Əfşar da vardır. Onun yaratdığı əsərlər dünyanın ən iri məşhur muzeylərini bəzəyir. Hərtərəfli istedad sahibi olan Sadıq bəyin şeirləri, poeamaları da yaşadığı dövrdə məşhur olmuşdur. Uzun illər məşhur Səfəvi kitabxanasının rəisi işləmiş, Sadıq bəy burada yüzlərcə şedevr əsərin yaradılmasında yaxından iştirak etmişdir. Onun qələmə aldığı təzkirə ensiklopedik xarakter daşımış və orada xalqımızın 400-dən artıq nümayəndəsi haqqında məlumat var.
Sadıq bəy Əfşar Azərbaycan tarixində istedadlı bir rəssam, Təbriz müniatür məktəbinin görkəmli nümayəndəsi, İsfahan miniatür məktəbinin banisi, şair, xəttat və təzkirəçi-alim kimi tanınır.


08.07.2013

Brüsseldə gül xalısı.

Belgiyanın paytaxtı Brüsselin  orijinal vizit kartlarından biri qısa ,lakin çox rəngarəng və möhtəşəm olan  Gül bayramıdır.Gül bayramında güldən nəhəng xalı hazırlanır.Əvvəlcədən dərilmiş güllər hazırlanmış eskizin üzərinə düzülərək xalının naxışlarını yaradır.Naxışın yaşıl yerləri isə qazon otu ilə örtülür.Qara yerlər ağac qabığının xırdalanmışı ilə yaranır.Güllər birbaşa asfalta döşəndiyindən bu xalının ömrü uzun olmur.Təəssüf ki

İl hesabı.


Sinqapurda nəhəng ağaclar parkı.


Dünyanın gəzməli görməli yeri çoxdur.Hər birinin özünəməxsusluğu var.Bir insan ömrü bunların hamısını gəzməyə mənə elə gəlr ki,yetməz.Lakin vizual olaraq da olsa bu gözəllikləri görməmək məncə günah olardı.Belə gözəlliklərdən biri də  bu günlərdə Sinqapurda açılan parkdı. «Gardens by the Bay» adlanan yerdə nəhəng ağaclar adamı lap valeh edir.101 hektar sahəni əhatə edən bir ərazidə  Britaniya   «Grant Associates» memarlıq firmasının mühəndisləri hündürlüyü 25-50 metrə çatan 18 ağac qurmuşlar.

07.07.2013

Tofiq İsmayılov (1933-1991)

XX əsr Azərbaycan elminin inkişafında akademik Tofiq İsmayılovun rolu böyükdür. Qapalı hərbi-sənaye müəssisələrində çalışmış, o dövrdə yeni olan kosmik tədqiqatlarla ciddi məşğul olmuş alim sovet kosmik aparatlarında tətbiq olunan bir sıra cihazların yaradılmasında iştirak etmişdir. Azərbaycanda kosmik tədqiqatları genişləndirən, burada bu sahə ilə bağlı elmi-tədqiqat və elm-istehsalat müəssisələri yaradan Tofiq İsmayılov XX əsr Azərbacan elminin adını ucaltmışdır. Azərbaycan xalqının azadlıq mübarizəsində fəal iştirak edən, respublikanın müstəqillik və suverenliyi uğrunda canfəşanlıq edən alim bu yolda 1991-ci ilin 20- noyabrında şəhid oldu.

Antonio Qaudi.

Antonio Qaudi 1825-ci ildə anadan olub.Bu məhşur ispan memarının bir çox əsəri YUNESKO -nun Ümümdünya İrsinə daxil edilmişdir.Onun tikililərinin çoxu Barselonada yerləşir.Ən orijinalları ilə sizi tanış edirəm.



05.07.2013

Admiral Nelson

Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı. Buna görə 12 yaşı olanda Horatsio dayısı Sanqlinqin kapitan olduğu «Trayemfom» keşikçi gəmisində qulluğa girdi. Lakin dayısı onu Hindistana gedən ticarət gəmisinə düzəltdi. İki il çəkən bu səfərdən qayıdan 15 yaşlı Nelson artıq mahir dənizçi idi.

04.07.2013

Turan




Fars şairi Ə.Firdоvsinin dünya ədəbiyyatının möhtəşəm abidələrindən оlan “Şahnamə” əsərində İran-Turan müharibələrinin geniş təsvirinə rast gələndə, tarixi mövzularda yazılmış şeir və pоеmalarda “Turan” ifadəsi ilə qarşılaşanda yəqin ki, xəritələrdə belə bir dövlət axtarıbsınız? Amma tapa bilməyibsiniz. Turan haradır, hansı xalqın vətənidir? Е. ə. 2-ci minillikdən başlayaraq gеniş bir ərazi T u r a n adlanmağa başladı. Bu sözün
 türklərin məskəni, türk оğlunun ana yurdu anlamına uyğun оlduğunu araşdırıcılar dəfələrlə qеyd ediblər.



01.07.2013

Tarix nədir?-1 dərs.



Mete və onun Pinçen qələbəsi

Əslində Türklər həm gündoğar, həm də günbatarda eyni vaxtda “Vura!” sədaları ilə tarixin ilk səhifələrini açmışlar. Bunlar Hun və Şumer türkləridir Şumerlərin ulu qədimlərin zülmətində məşəl kimi yanan sivilizasiyası daşa dönmüş gil lövhəciklərdə bizim günlərə kimi gəlib çıxdığı halda, Hunların dəri və taxta üzərində yazılan mədəniyyət və tarixi zamanın tozu altında çürüyüb getmişdir.
Lakin, ulu Tanrı böyük əməllər sahibini yaradanda onun ölməzliyi qayğısına qalmağıda unutmur. Kimin ağlına gələrdi ki, eramızdan əvvəl 145-ci ildə-Metenin ölümündən cəmi 30 il sonra Hun-Çin müharibələrinin ən qızğın bir dövründə Çinin Xançen əyalətində bir oğlan dünyaya gələcək və öz xalqının düşmənlərinin tarixini olduğu kimi, bəzəksiz-düzəksiz əks etdirib gələcək bütün türkdilli xalqlar üçün misilsiz xidmət göstərəcək. Bu, Sıma Syan idi.