30.06.2013

Xronologiya.


Tarixi sənədlərin və hadisələrin müasir xronoloji sistemi o dərəcədə ənənəvi xarakter alıb ki, çox zaman tarixdə müxtəlif zaman sistemlərinin olması haqqında məlumat unudulur. Müasir dövrümüzdən və 400-500 il əvvəldən danışarkən, biz zamandan əvvəl «bizim eramız», min il əvvəldən danışarkən isə «eramızdan əvvəl» ifadəsini işlədirik. Lakin “bizim padşahın ilində” ifadəsini heç cür təqvimdə yerləşdirə bilmir, uzun axtarışlar və hesablamalardan sonra bu padşahın ilini təqvimlə müəyyən edə bilirik.Xristian təqvimindən əvvəl işlədilən Yuli Sezarın təqvimi qərb dünyasında işlədilən ən uzunömürlü təqvim sayılır.Xristian təqviminin hesablanması xristian-monax Dionisiy tərəfindən həyata keçirilmişdir. İsa Məsihin doğum ilini Romanın əsasının qoyulmasından sonra 754-cü ildən götürən Dionisinin sistemi ilk dəfə İtaliyada, sonra isə Fransa və Almaniyada istifadə olunmağa başlandı.Mənbələrin yaranma tarixinin müəyyənləşdirilməsinin mürəkkəbliyi ilk növbədə müxtəlif region və ölkələrin müxtəlif astronomik hesablama metodlarından və təqvim sistemlərindən istifadə etməsi idi. Məhz buna görə tarix elmində xronoliji sistemlərin öyrənilməsi və bir sistemdən digərinə keçidin hesablanması tədqiqatçılar üçün əhəmiyyət kəsb edən əməliyyatdır.

29.06.2013

Çaldıran döyüşü.

Çaldıran - Maku şəhəri yaxınlığında düzənlik. 1514-cü il avqustun 23-də Çaldıran düzündə sultan I Səlimin Osmanlı qoşunları ilə I Şah İsmayılın başçılıq etdiyi qızılbaş qoşunları arasında döyüş olmuşdur. Qızılbaş qoşunları sayca osmanlılardan az idilər.Qızılbaşlardan fərqli olaraq osmanlıların topları və tüfəngləri var idi.



Kadeş döyüşü.


28.06.2013

Züleyxa Seyidməmmədova (1919-1999)

Qəhrəman qadınlarımız da Azərbaycan tarixinin bir çox şərəfli səhifələrini yazmışlar. Belə qadınlardan biri də təyyarəçi Züleyxa Seyidməmmədova idi. Şanlı döyüş yolu keçmiş bu təyyarəçi və paraşütçü Şərq qadını haqqında təsəvvürləri alt-üst etmiş, azərbaycanlı qadınların rəşadətini bir daha sübuta yetirmişdir.

27.06.2013

I Təhmasib

I Şah İsmayılın vəfatından sonra Səfəvilər dövləti parçalanmaq təhlükəsi ilə üzləşdi: I İsmayılın taxta oturdulmuş qulu – I Təhmasibin cəmi 10 uşağı var idi və bundan istifadə edən iri feodallar özbaşınalıqlar edir, daxili münaqişələr yaradır, aralarında apardıqları ədavətlə vətəndaş müharibəsi üçün zəmin yaradırdılar. Tarixdə hökmdarın azyaşlı olması ucbatından dağılan dövlətlər çox olmuşdur, lakin xoşbəxtlikdən Səfəvilər bu aqibət gözləmirdi. Atasının istedad və bacarığını özündə cəmləşdirən I Təhmasib həddi-büluğa çatdıqda ölkəni parçalayan qüvvələri məhv etmiş, mərkəzləşmiş dövlət yaratmış, iqtisadiyyatı bərpa etmiş, Səfəvilər dövlətini dünya dövlətləri sırasına çxarmışlar.

Eylatda hökmdarlar şəhəri.

İzrailin cənubunda Akab körfəzinin sahilində Eylat şəhəri yerləşir.Buranın ən unikal və məhşur yeri isə "Hökmdarlar şəhəridir".Kings City 2005-ci ildı açılıb və sahəsi 3700 kv.m.Tikinti üçün 40 mln.dollar xərclənmişdir.Hər gün bu tikilini 4500 insan ziyarət edir. 
Hökmdarlar şəhəri 5 seksiyadan ibarətdir.Birinci seksiya "Keçmişə səyahət " adlanır.Burada keçmişə Misir fironlarının zamanına  səyahət etmək olar.

Qəbələ şəhəri 2013-cü il "MDB-nin mədəniyyət paytaxtı" elan edildi.

Qəbələ şəhəri 2013-cü il "MDB-nin mədəniyyət paytaxtı" elan edildi.
Azərbaycanın Qəbələ şəhərinin 2013-cü il "MDB-nin mədəniyyət paytaxtı" elan edilməsi münasibətlə iyunun 28-30-da şəhərdə silsilə tədbirlər keçiriləcək.
Moskvadan iyunun 28-də Azərbaycanın bu ölkədəki səfiri, DHYF idarə heyətinin sədri Polad Bülbüloğlunun başçılığı ilə böyük nümayəndə heyəti gələcək. İyunun 29-da Azərbaycanın yüksək vəzifəli şəxslərinin iştirakı ilə Qəbələ şəhər rəhbərliyinə "Birliyin mədəniyyət paytaxtı - 2013" sertifikatının təntənəli təqdimetmə mərasimi keçiriləcək.

25.06.2013

1200 ildən sonra Misir şəhəri su altında aşkar edilib.



Misir şəhəri Heraklion 1200 il bundan əvvəl Aralıq dənizi sularına qərq olmuş bir şəhərdir.Bu şəhərin əsası e.ə.VIII əsrdə qoyulmuşdur.
E.ə.331-ci ildə yaranan Aleksandriya şəhərindən əvvəl yaranan bu şəhər Misirə Yunanıstandan gələn bütün malların daxil olduğu liman idi.2000-ci ildə Frank Qoddia və İEASM(Avropa Sualtı Arxeologiya İnstitutu) tərəfindən aşkar edilməzdən əvvəl Tonis-Heraklion haqqında heç bir məlumat aşkar edilməmişdir.Onun adı insanların yaddaşından silinmişdir, yalnız arxeoloqlar tərəfindən aşkarlanmış  qədim klassik mətnlərdə və nadir əlyazmalarda qalmışdır.

Qum heykəlləri festivalı.


Hər il Belgiyanın Brankerberq şəhərində dünyanın ən iri qumdan heykəl  festivalı keçirilir.Burada memarlaq qumdan əsl şedevr hazırlayırlar.Bütün  heykəllər qumdan hazırlanır,festivalın keçirilməsi üçün 4000 kv.m. ayrılıb.Festival başlayana kimi hər yanda iş qaynayırdı.Burada uydurulmuş qəhrəmanlarla yanaşı Avraam Linkolnun və Misir fironunun heykəlini görmək olardı.Əlbəttə ki bu heykəllər uzunömürlü deyil,lakin insan əməyinin yarada biləcəyi insanı valeh edir.Axı hər bir heykəl çətin və gərgin zəhmətin bəhrəsidir.Sizlərə festivaldan bir neçə heykəlin təsvirinə baxmağa dəvət edirəm.Baxın və qiymətləndirin.

24.06.2013

Trayan

Min illik Roma imperiyası tarixdə doğrudan da unikal hadisədir. Dünyada görünməyib ki, bir şəhər bu qədər yüzilliklər ərzində dünyanın yarısına ağalıq etsin. Bu parlaq tarixin eniş-yoxuşları, şərəf və triumflarla bərabər rüsvayçılıqları da çox olmuşdur. Ancaq bizim məqsədimiz rüsvayçılıqları deyil, şərəfləri, daha dəqiqi, ölkəsinə şərəf gətirənlərin əməllərini açıb göstərməkdir. Bu cəhətdən Roma imperatoru Trayanın həyatı gözəl nümunə sayıla bilər.

23.06.2013

Azərbaycan tarixi fənn kurikulumunun tətbiqində istifadə olunan üsullar

1. Xəritələrlə iş
Tarixi məlumatın şagirdlərin yaddaşında möhkəmləndirilməsində mühüm vasitələrdən biri də xəritələrlə işdir. Xəritələrlə iş mühüm hadisələri məkanla (hadisə yeri ilə), həmçinin müasir dövrlə əlaqələndirməyə imkan verir.
Şagirdlərə müxtəlif mürəkkəblik səviyyəsi olan tapşırıqlar verilir:
1. Xəritədə dünyanın hansı hissəsi təsvir olunur?

Netty 2013 Azərbaycanın Milli internet mükafatı.


NETTY 2013 Azərbaycanın Milli Internet Mükafatının qalibləri elan edilmişdir.
18 iyun tarixdə Beynəlxalq Muğam Mərkəzində NETTY 2013 Azərbaycan Milli internet mükafatının təntənəli təqdim etmə mərasimi olmuşdur. Rəsmi şəraitdə NETTY akademikləri 16 nominasiya üzrə bu il ən yaxşı milli veb-saytları, layihələri və proqramları elan etdilər.


Müsabiqə haqqında

22.06.2013

İnanmırsınız


Əziz şagirdlər!Bəzən biz bir işi əlimizə götürürük və bunun nəticəsi bizim istədiyimiz kimi olmur.Biz də,"onsuzda alınmayacaq,mənim əlimdən heç nə gəlmir"deyir və bir daha cəhd etmirik.Bunun yalnış olduğunu yəqin ki valideynləriniz,müəllimləriniz sizə deyib.Onlara qatılıb mən də deyirəm,"heç vaxt  təslim olmayın,çalışın və sizin zəhmətiniz öz bəhrəsini göstərəcək".İnanmırsınız...Onda bütün dünyanın artıq dahi kimi qəbul etdikləri şəxslər haqqında sizə maraqlı faktlar gətirəcəm.Onları oxuyun və mənim haqlı olduğumu görəcəksiniz.
Dahilərin uğursuzluqları haqqında maraqlı faktlar.

Məhşur bəstəkar Betxovenin müəllimi onu tamamilə istedadsız hesab edirdi...Lakin bu ona dünya şöhrətli bəstəkar olmağa mane olmadı.






Tarixdə 10 ən güclü sülalə.

Tarix boyunca cəmiyyətdə güclü və nüfüzlü ailələr olmuşdur.Bu ailələrin çoxlu pulu və titullatı olmuşdur.Pul və titul nəsildən -nəsilə keçdiyi üçün belə ailələr bütöv bir sülalə meydana gətirirdi.Bu sülalələr hər yeni nəsilnən daha da güclənir,əcdadlarının var-dövlətini artıraraq öz mövqelərini qoruyub saxlaya bilirlər.
Sizlərə tarixdə ən məhşur və nəhəng ailələrin onunu təqdim edirəm.

1)Rotşildlər sülaləsi.

Rotşildlər sülaləsi-Almaniyadan olan bankir və finansist sülaləsidir.Bu sülalə Avropada banklar açır və idarə edirdi,buna görə də Avstriya və İngiltərə hakimiyyəti  tərəfindən zagəganlığa ucaldılmışdır.Sülalənin banisi Mayer Amşel Rotşild(1744-1812) olmuşdur.Onun var-dövlətinin ölçüsü gizli saxlanılırdı.

Rotşild ailəsinin var-dövləti.

21.06.2013

Günəşdə yağış.

Əziz şagirdlər.Çox maraqlı bir görüntüyə baxdıqdan sonra sizinlə bölüşmək istədim.Bu görüntü Nasa tərəfindən çəkilmişdir. Koronal yağış Günəşdə nadir və çox gözəl hadisədir.. NASA bu gözəlliyi  çəkməyi bacardı. Çox maraqlı ,hətta  fantastik videoya baxın

Viktorian dövrünün geyimi.

Viktorian dövrü-İngiltərə kraliçası Viktoriyanın hakimiyyəti dövrüdür.O ,taxta 1837-ci ildə 18 yaşı olnada çıxmışdı və 63 il ölkəsini idarə etmişdir.Öz ölkəsi üçün bir sıra vacib işlər görmüşdür.
Geyimdə viktorian stili-varlılığın cah-cəlalın bir növ göstərişidir.Donların xüsusiyyəti o idi ki,onlar qum saatı formasında olub ,korsetlərin üstündən geyilirdi.
Sizlərə bir sıra maraqlı geyim nümayiş edirəm.Maraqlıdır müasir qızlar belə geyim geymək istərdilərmi?Fikirlərinizi bizimlə bölüşün.

Ayna Uşaq Ensiklopediyası

Əziz şagirdlər!Yay tətillərini səmərəli keçirmək haqqında artıq danışılmışdı.İndi sizə yenə də yay təillərində oxumaq üçün kitabları təqdim edirəm.

18 kitabdan ibarət “Ayna Uşaq Ensiklopediyası” “Təhsil sektorunun inkişafı layihəsi” çərçivəsində kamil şəkildə, rəngli şəkillərlə, böyük tirajla yenidən nəşr etdirildi. Məktəb kitabxanalarına pulsuz paylanmış ensiklopediyanın hər cildi bir mövzuya həsr olunub. Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə nəşr edilmiş və məktəblərə pulsuz verilmişdir.


20.06.2013

Virtual səyahət-5.

Əziz səyahətsevərlər.Sizlərə daha bir səyahət saytı təqdim edirəm.Bu saytın köməyi ilə bir neçə ölkənin gəzməli-görməli yerlərini görəcəksiniz.Yenə də təsvirləri yaxınlaşdıra-uzaqlaşdıra bilərsiniz.Eləcə də oxların köməyi ilə təsviri 360 dərəcə fırlada bilərsiniz.Xoş səyahətlər.


                        Səyahətə başla.



18.06.2013

Riçard Aslan ürəkli

Dünya tarixində «Aslan ürəkli Riçard» kimi məşhur olan ingilis kralı II Henrixin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı.


17.06.2013

Biz nominantıq.

Əziz tarix klubu üzvləri.Bildiyiniz kimi, artıq 3 ildir ki ,Təhsil Nazirliyi tərəfindən "Elektron Təhsil" müsabiqəsi keçirilir.Bu il yenə də müsabiqəyə qatılmışıq.Və 2 işimiz nominantlar arasında yer alıb.Bunlar: İsmiyev Rüstəmin müsabiqəyə göndərdiyi"Kimsəsiz adada" dərs nümünəsi və mənim yaratdığım bu bloq.Səbirsizliklə müsabiqənin yekununu gözləyirik. Hər iki işimizə uğurlar diləyirik.

XIX əsr Azərbaycan mədəniyyəti




XIX əsrdə Azərbaycan iqtisadi və siyasi cəhətdən ziddiyyətli bir dövr yaşamışdır. XIX əsrin ilk on
illiklərində Azətbaycan dövlətinin parçalanaraq xırda xanlıqlara bölünməsi nəticəsində kənd təsərrüfatı, ticarət,sənətkarlıq, xırda sənaye tənəzzül etməyə başladı. Bu da təbii ki, xalqın iqtisadi, maddi vəziyyətinin getdikcə pisləşməsinə səbəb oldu. Xanlıqlar arasında zilddiyyət və mübarizə gedirdi. Bu mübarizə yadelli inqilabçıların nəzərindən yayınmadı, onlar ölkənin zəif iqtisadi vəziyyətindən istifadə edərək onu tutmağa çalışdılar. Qonşu dövlətlər arasında Rusiya içtimai vəziyyətinin qarşıqlığı, demokratiya və inqilabi ruhu ilə digər dövlətlərdən fəriqlənirdi. Rusiya inkişafda olan Qərbi Avropa ilə daha sıx bağlı olduğundan onun mədəniyyətində, sosial həyatda baş verən dəyişiiklik və inkişafı özünü daha çox göstərirdi.Rusiyanın Azərbaycanı istila etməsi nəticəsində onun həm iqtisadi, həm də mədəni həyatında dönüş yaranmağa başladı.

Azərbaycan tarixi fənn kurikulumun tədrisində iş formalarının tətbiqi haqqında.


İş formaları dedikdə kollektiv, qruplarla, cütlərlə və fərdi işlər nəzərdə tutulur. Fəal təlimdə ən çox cütlərlə və qruplarla işə yer ayrılmasına baxmayaraq kollektiv və fərdi işin reallaşdırılması da təlim prosesində zəruridir.
Kollektiv iş: bu forma şagirdlərin kolektivdə işləməsinə imkan yaradaraq onların düşüncə tərzinin formalaşmasına, kollektivlə birlikdə qərarlar qəbul edilməsinə, sinifin əməkdaşlığı nəticəsində yaranmış müxtəlif fərziyələrdən düzgün nəticə çıxarılmasına xidmət edir. Azərbaycan tarixi fənn kurikulumunun tədisində ən səmərəli formalardan biri də kollektivlə işdir ki, şagirdlər dərsin motivasiya mərhələsində problemin həlli üçün birgə fəaliyyət göstərir.

16.06.2013

Alkiviad (e.ə. 450 – 404)

Alkiviad qədim zadəgan nəslinə məxsusdu. Atası beotiyalılarla Xeroneya döyüşündə həlak olmuşdu. O, Periklin də yaxın qohumu idi. Uşaqlıq və gənclik illərində hədsiz yaraşıqlı olan Alkiviad istər-istəməz hamıda rəğbət oyadırdı. Onun saysız himayədarları və tərbiyəçiləri vardı. Sokrat onu bir çox təhlükəli yollardan qorumuş, gənc və qabiliyyətli oğlanın düzgün tərbiyə olunmasında əsas rol oynamışdı. Əvəzində Alkiviad da filosofa öyrəşib onunla birgə özünü sərt həyat tərzinə alışdırmışdı. Hələ yeniyetmə ikən Sokratla bərabər Potideya döyüşündə iştirak etmiş, onunla bir çadırda qalıb çiyin-çiyinə vuruşmuşdu. Döyüşün gərgin vaxtında Sokrat yaralanan Alkiviadı ölümdən qurtarmışdı. Bütün bunların nəticəsində Alkiviad həm də gözəl natiqlik məharəti qazanmışdı. Buna görə hələ erkən yaşlarından siyasi fəaliyyətə başlayanda onun gələcəyinə şübhə edən çox az idi.

ŞUMERLƏR

Dünyanın ən qədim xalqlarından biri də Dəclə və Fərat
 çayları arasındakı ərazilərdə yaşamış
  ş u m e r l ə r d i r. Bəzi tarixi mənbələrə görə s u m e r l ə r (sumərlər) adlanan bu xalq eramızdan əvvəl 4-cü minillikdə həmin ərazilərdə məskunlaşmışlar. Əvvəllər bütün Mesopotamiyaya yayılan şumerlər sonralar, yəni 2-ci minilliyin birinci yarısında sami (semit) tayfaları tərəfindən cənub vadilərə tərəf sıxışdırılmışlar. Şumerlər dünya tarixində çox böyük rol oynamışlar. Onlar böyük şəhərlər salmış, mixi əlifba icad etmiş, məktəblər açmış, gil kitablar yaratmışlar. Şumer ölkəsi və onun paytaxtı Uruk şəhəri o dövrdə çox böyük mədəniyyət mərkəzi olmuşdur.

Fəal-interaktiv dərsin ümumi quruluşu:



Dərsin I mərhələsi: Motivasiya, problemin qoyulması.
Hər bir tədqiqatı başlamaq üçün ilk növbədə problem müəyyənləşdiril-məlidir. Əsl problem isə həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növbədə tədqiqat sualı formalaşdırılmalıdır. Məhz tədqiqat sualı yeni biliklərin kəşfinə aparır, bələdçi rolunu oynayır.
Nəzərə almaq lazımdır ki, psixoloji amil kimi motivasiya hər hansı fəaliyyət mexanizmini işə salan sövqedici qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.

15.06.2013

Çingizxanın qəbiri haradadır?

2000-ci il  15 sentyabrında Pekinin kütləvi informasiya vasitələri sensasiyalı açılış edərək Çin arxeoloqlarının əfsanəvi sərkərdə  Monqol imperiyasının banisi olan   Çinqisxananın qəbirini  aşkar etmələri.  haqqında bildirdilər. 

14.06.2013

Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən rk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.

Virtual səyahət.

Əziz səyahətsevərlər.Bu gün sizlərə daha bir səyahət saytı təqdim edirəm.Bu sayt vasitəsi ilə ABŞ və Taylanda virtual səyahət edə bilər buranın gözəllikləri ilə yaxından tanış ola bilərsiniz.Xoş səyahətlər.

   Səyahətə başla.

13.06.2013

Azərbaycan tarixi təliminin təşkilinə verilən əsas tələblər

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu humanistlik, demokratiklik, bərabərlik, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik, vəhdətlik, daimilik, varislik, liberallaşma və inteqrasiya prinsiplərinin təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri olduğunu bəyan etmiş, öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratik prinsiplərinə, insan hüquq və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməyin təhsilin əsas məqsədi olduğunu qərarlaşdırmışdır. Qanun həmçinin təhsilin məzmununa və təşkilinə dair ümumi tələbləri müəyyən etmişdir.

12.06.2013

Arxeoloqlar İraqda yeni yaşayış kompleksi aşkar edib.

Mançester universitetinin arxeoloqlar qrupu İraqda 4 min il yaşı  olan böyük qədim kompleksin  qazıntılarını aparmağa başladıqları haqqında məlumat verdilər. Onun tədqiqatına alimlər  peykdən aldıqları şəkildə  qeyri-adi struktur   aşkar edildikdən sonra başladılar.

İngiltərə krallığının iqamətgahı.


Son vaxtlara qədər Bukingem sarayı geniş kütlə üçün qapalı olub. Bir muzey kimi onun qapıları ziyarətçilərin üzünə ilk dəfə 1993-cü ilin yayında açılıb. Bukingem sarayının, eləcə də adının yaranma tarixi XVIII əsrə gedib çıxır. O zaman indiki iqamətgahın yerində Bukinhem hersoqunun böyük malikanəsi olub. Deyilənlərə görə, həmin tikili Londonun ən gözəl evlərindən biri imiş. 1762-ci ildə ingilis kralı III Georq 28 min funt sterlinq müqabilində həmin sarayı hersoqinanın ölümündən sonra malikanənin varisi olmuş Çarlz Şeffilddən alıb. Nəticədə kralın həyat yoldaşı Şarlotta və onun ailəsinin iqamətgahına çevrilən saray “Kraliça evi” adlanmağa başlayıb. III Georq evə müasir üslub verərərk, onu bir qədər də genişləndirib. Binanın fasadı sadələşdirilib və kitab həvəskarlarının bir araya gəlməsi üçün burada gözəl kitabxana tikilib. Kral malikanəni bəzəmək üçün başqa saraylardan qiymətli incəsənət nümunələri gətizdirir. Bundan əlavə, əksər hissəsi İtaliya sənətkarlarına məxsus olan gözəl rəsm əsərlərindən ibarət kolleksiya əldə edib. Kral ailəsinin üzvlərinin portretlərini yaratmaq üçün saraya Ramzey, Zoffani, Qeynsboro, Uest kimi dahi ingilis rəssamlarını dəvət edir.

11.06.2013

Abşeronun açılmamış sirləri

Abşeron dünyanın ən qədim insan məskənlərindən biridir. Burada rast gəlinən tairxi abidələr özündə köhnə sivilizasiyanın sirli izlərini qoruyub saxlayır. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. Abşeron ərazisində aparılan arxeoloji qazıntılar deyilənləri bir daha sübut edir. 

10.06.2013

Azərbaycan abidələri.


Tac Mahala virtual səyahət.

Artıq tətillər başlayıb.Çoxları istirahət etmək üçün müxtəlif ölkələrə səyahər edir.Lakin heç bir yerə getmədən də dünyanın görməli yerlərinə səyahət etmək olar.Virtual muzeylər haqqında sizlərə artıq məlumatlar vermişəm.Beləcə Luvra,Titanik gəmisinə ,Kremlə səyahət etmişik.Bu gün sizlərə dünyanın məhşur muzeyi olan  Tac Mahala virtual səyahət təqdim  edirəm.Mən özüm də bu sayt vasitəsi ilə muzeyə səyahət etdim.Çox xoşuma gəldi.İnanıram ki,belə səyahət hamını məmnun edəcək. 


Muzeyin saytına keçid almaq üçün aşağıdakı linki tıklayın.Sonra sarı rəngdə olan dairələrə basmaqla muzeyin həmin yerinə səyahət edə biləcəksiniz.Ox işarələri ilə isə irəli,geri,sola və sağa dönə biləcəksiniz.Uğurlu səyahətlər.
                  Səyahətə başla.

Misir kahinlərinin qida rasionu.

  Mənbə:"Tarix jurnalı"2013 il  № 2
   Qədim Misirin ən yüksək sosial təbəqəsini təşkil etmiş  kahinlərin qidalanma rasionu müasir "Makdonalds" yeməklərini xarırladırdı. Belə yemək kahinlərdə ürək-damar xəstəliklərinə səbəb olurdu .  Mançester universitetinin Britaniya alimləri bu nəticəyə qədim misir məbədlərindən kahinlərin  mumiyalarının analizinə əsasən  gəldilər.

09.06.2013

Salvador Dali haqqında...

Məşhur və ekssentrik rəssam olan Salvador Dali şəxsi əhəmiyyətini və öz işlərinin dəyərini vurğulamağı sevirdi. Məsələn, o alıcını aldada bilərdi ki,  çəkdiyi şəkilə lazım olan rəngin alınması üçün eşşəkarısı zəhəri istifadə edib. Bəli, bəli, bu səbəbdən şəkil $1 000 000 dəyərləndirilir. Ondan  restoranların sahibləriylə  daha hiyləgər  keçinirdi. Dostların  və tanışlarının böyük qrupunu yığaraq ,restoranda menyudan istədiyi yeməyi sifariş edir və doslarını qonaq edirdi.Hesab vaxtı gələndə isə o,ceki imzaladıqdan sonra onun arxa üzünü çevirib restoran sahibinə xoş sözlər yazardı. Hesablama sadə idi: canlı  dahi öz şöhrətindən istifadə edirdi.O ,çox gözəl bilirdi ki,restoran sahibi üzərində dahi rəssamın oriqinal əlyazması olan çeki heç vaxt pula çevirməz.Adətən belə də olurdu.Çünki restoran sahibləri də bilirdi ki,zamanla bu çek rəssamın əlyazmasına görə özü böyük qiymət edəcək.Beləcə dahi rəssam pullarına qənaət edirdi.

Sezarın ölümü haqqında bilmədiklərimiz...

Polkovnik Luçano Qarafanoyla birlikdə Harvard universitetinin bir qrup psixoloqları  Yuli Sezarın əsl ölüm səbəbini araşdırdılar. Müasir metodikadan istifadə edərək cox sayda  alim, psixiatr və patoloqoanatom ölüm səbəbinin təyiniylə məşğul olurdu. Son nəticələr isə italyan televiziyasında elan edilmişdi. Aşkar oldu ki,  senatorlar tərəfindən öz həyatına sui-qəsd hazırlanması haqqında Sezar bilirdi və hətta öz qətlini hazırlamağa onlara  kömək etmişdir. Qarafano  cinayət başında oldu və bütün mövcud sənədlərlə tanış olduqdan sonra istintaq sınağını keçirdi .

İrəvan xanlığı.


07.06.2013

SULTAN MƏHƏMMƏD (1470-ci illərin sonu-1555)

Bizim oxuduğumuz kitablar, qəzet və jurnallar,
 onlardakı şəkil və rəsmlər mətbəədə çap olunur. Lakin 19-cu yüzilliyin əvvəllərinə qədər Azərbaycanda nə mətbəə vardı, nə çap maşını. Bəs orta əsrlərdə şairlərin,
 yazıçıların, alimlərin yazdıqları kitabları necə çoxaldıb yayırdılar? Bunlara şəkilləri– illüstrasiyaları necə çəkirdilər?

Xanın akademiyası.

İnternetdə ən uğurlu maarifləndirici layihələrdən biri də "Xan Akademiyası" hesab edilir. Bu layihə  2006  ildə Massaçusets texnologiya institutunun və Harvard universitetinin məzunu olan  Banqladeş Respublikasından gəlmə  Xan  Salman tərəfindən yaradılmış qeyri-kommersiya maarifləndirici layihədir . 
Akademiyanın hədəfi — hər kəsə, hər yerdə "yüksək keyfiyyətli təhsilin  verilməsidir ". Öz-özlüyündə sayt    riyaziyyata, tarixə,səhiyəyə və tibbə, maliyyəyə, fizikaya, kimyaya, biologiyaya, astronomiyaya, iqtisadiyyata, kosmologiyaya, üzvi kimyaya, sənətin (incəsənətin) tarixinə və başqa sahələrə aid böyük videodərslər  kolleksiyasına bənzəyir.

06.06.2013

Qədim Roma-oyun.



Əziz şagirdlər, yay tətillərində vaxtınızı həm əyləncəli ,həm də səmərəli keçirməyiniz üçün sizlərə tarixlə dolu bir oyun təqdim edirəm.Bu oyun Qədim Roma ilə bağlıdır.Oyunu aşagıdakı linkdən yükləyin və oynayın.Oynayaraq da öyrənin.
http://zxl.ru/ancient_rome_rus/

SEVİNMƏYİN DÜŞMƏNLƏR, İNDİ ÜSTÜNÜZƏ TOPAL TEYMUR GƏLİR !

Alaçığın divarı boyu üzüyuxarı bir qarışqa özündən böyük yük daşıyırdı. Hərdən hamar yerə düşəndə ayağı sürüşür, bir az dayanıb sanki nəfəsini dərirdi, sonra yenə özünə həkk gəlirdi...
Teymur gözünü qarışqadan çəkmirdi. Sanki yaralarının ağrısını unutmuşdu. Əslinə qalsa, qolu daha ağrımırdı, daha doğrusu, sağ qolunu heç hiss etmirdi. Sağ ayağını tərpədəndə isə kəskin ağrıdan bağırmaq istəyirdi.

Yay tapşırıqları.


Əziz şagirdlər.Artıq sizin yay tətilləriniz başlayıb.Lakin yay tətillərini yalnız əylənərək keçirmək də düzgün olmazdı.Ona görə sizlərə yay tətillərində həm məktəb kitabxanalarında ,həm də ümumi kitabxanalarda olan tarixlə bağlı bir sıra kitabların adını təqdim edirəm.Bu kitabları yay tətillərində oxusanız gələn dərs ilində sizin üçün dərs materialını mənimsəmək asan olacaq.



05.06.2013

Qədim Yunanıstan-xəritələr.

İntibah

     İntibah (ər. "Oyanma", fr. "Renessans" - "Dirçəliş") - Mərkəzi və Qərbi Avropa ölkələrində ideya, mədəni və elmi inkişaf dövrü, orta əsrlər mədəniyyət və elmindən yeni dövr mədəniyyət və elminə keçid. İntibah mədəniyyətinin fərqləndirici xüsusiyyətləri bunlardır: dünyəvi xarakter daşıyır, dindarlıq əleyhinədir, humanist dünyagörüşlüdür, antik mədəni irsə müraciətlə onu sanki "dirçəldir" (dövrün adı elə buradan götürülmüşdür). İntibah XIII - XIV əsrlərin dönəmində  İtaliyada meydana gəlmiş və burada daha parlaq təzahür etmişdir (şair Dante, rəssam Cotto və b.). İntibah dövrü xadimlərinin yaradıcılığı insanın intəhasız imkanlara, onun iradə və ağıla, tərki-dünyalığı inkar etməyə malik olması inamı ilə zəngindir.


Mirzə Məhəmməd Əli Kazım bəy (1802-1870)

     Rusiyada şərqşünaslıq sahəsində ali təhsilin təşkilində, dərs vəsaitlərinin yazılmasında, müəllim-professor kadrlarının yetişdirilməsində iki görkəmli Azərbaycan ziyalısının Mirzə Cəfər bəy Topçubaşovun və Mirzə Məhəmməd Əli Kazım bəyin xüsusi rolu olmuşdur. Maraqlıdır ki, hər iki ziyalımızın ali təhsili olmasa da, onlar çalışqanlıqları və yüksək zəkaları sayəsində Rusiya və Avropanın ən görkəmli alimləri sırasında ən yüksək yerləri tuta bilmişlər. M.C. Topçubaşov Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentində işləyərkən XIX əsrdə Şərq ölkələrinə göndərilən bütün rus diplomatlarına dərs demiş, Peterburq Universitetindəki fəaliyyəti ilə Rusiyada Şərq filologiyası və numizmatikasının əsasını qoymuşdur. Kazım bəy isə Rusiya və Avropa ölkələrində Şərq xalqlarının tarixini, onların adət-ənənələrini, qanunlarını təbliğ etməyə çalışmışdır. Onlarca tarixi əlyazmaları tapıb tərcümə edən, bir çox qaranlıq tarixi səhifələrə aydınlıq gətirən, türk-müsəlman xalqlarının ünvanına söylənilən bir çox şayiələrin qarşısını alan Kazım bəy, əslində, Rusiya şərqşünaslıq elminin banisidir.