22.12.2012

Tarix yazan qadınlar



İrsimiz




Məqaləni hazırladı bloqda"Aforizm"rubrikasına cavabdeh 8"s" sinfinin şagirdi Bağırova Cəmilə.

“Övladlarınız arasında oğlanla qıza fərq qoymayın, fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım”(Məhəmməd peyğəmbər(s.)
“Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir.Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır”(Heydər Əliyev)
“Evlilik zənciri o qədər ağırdır ki, onu ikilikdə daşımaq lazım gəlir”(A.Düma)
“Evlilik müharibə strategiyasına bənzəyir, bir dəfə buraxılmış səhvləri düzəltmək olmur”(F.Sidni)
“Ata-ananın övlada məhəbbəti təbii, övladların ata-anaya məhəbbəti isə iradidir”(Nəsirəddin Tusi)

Zevsin doğulması



Məqaləni 8"S "sinfinin şagirdi Qasımova

Aytac hazırladı.

Kron taxta həmişəlik çıxdığına əmin deyildi.Qorxurdu, qorxurdu ki, uşaqları da onun üzünə ağ olarlar, atası Uranın başına açdığı oyunu uşaqlar da onun başına açarlar. Kron arvadı Reyaya tapşırdı ki, doğulan uşaqları onun hüzüruna gətirsin, uşaqlarının hamısını amansızca uddurdu. Uşaqlarının taleyihi görən Reya dəhşətə gəlirdi. Kron uşaqlarının beşini- Hestiyanı, Demetranı, Herunu, Aidanı(Hadesi) və Poseydonu artıq udmuşdu. istəmirdi.Reya axırıncı uşağını da  itirmək istəmirdi. Valideynləri Uranın- Göyün Heya-
nın- Torpağın məsləhəti ilə Reya Krit adasına çəkildi, adadakı mağarada oğlu Zevsi dünyaya gətiridi. Qəddar atanın əlinə düşməsin deyə, ana oğlunu mağarada gizlətdi, Krona udması üçün əsgiyə bələnimiş daş verdi. Aldandığı Kronun heç ağlına da gəlmədi.

21.12.2012

Qaraqoyunlu dövlətinin yaranması

Məqaləni 8"s" sinfinin şagirdi Bəşirov Oruc

hazırladı.



Qara Yusifin və Sultan Əhmədin Azərbaycana qayıtması: Tarixçi-salnaməçi Xandəmirin yazdığına görə, bir ilin birgə dustaqlığı Qara Yusifə Sultan Əhmədi yenidən barışığa gətirdi. Onlar əbədi dostluğa and içərək şərtləşdilər ki, azadlığa çıxdıqdan sonra Sultan Əhməd Bağdada, Qara Yusif isə Təbrizə yiyələnsin. Teymurun ölümündən sonra onların hər ikisi Azərbaycana qayıtdı. Qara Yusif yol boyu Misir sərhədlərindən Fərat çayının sahillərinə qədər ərazilərdə ayrı-ayrı feodal həmlələrini dəf etdi. Van ərazisində Hilat, Muş və Xunusun hakimi Məlik Şəmsəddin onunla ittifaqa girdi. Qara Yuif Şərqi Anadoluda və Azərbaycanın cənubunda məskunlaşan yarımköçmə kürd əmirlərini öz ətrafında birləşdirə bilmədi.

Qaraqoyunlu tayfa ittifaqının meydana gəlməsi



Məqaləni 8"s"sinfinin şagirdi  Yengibar Bəşirli hazırladı.


Oğuz türkləri Qaraqoyunlular. Qaraqoyunlu (Qaraca qoyunlu) tayfaları Yaxın və Orta Şərqin tarixində mühüm rol oynamışlar. Oğuz tayfalarından olan Qaraqoyunlulara baharlılar başçıliq edirdilər. Onların VII əsrdən Azərbaycanda yerləşməsi haqqında tarixi mənbələrdə məlumat vardır. Əvvəllər Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular  XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda ümumən şərqi anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib,  Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlar.

20.12.2012

Ibn Sina (Avisenna)



Məqaləni 8"a"sinfinin şagirdi Ağarəhimova Almaz hazırladı

 


 Əbu Əli Hüseyn İbn Sina Abdullah (latınlaşdırılmış adı Avisena) Buxara yaxınlığındakı Əfşanakda 980-ci ildə anadan olmuş, 18 iyun 1037-ci ildə Həmədan şəhərində vəfat etmişdir.

      Alim filosof, dünyanın ən böyük həkimi,  Şərqdə aristotelçiliyin ən qabaqcıl nümayəndəsidir. İbn Sina Orta Asiyada  və İranda; Təbriz və Həmədanda yaşamış, ömrünün axırlarında saray həkimi və vəzir kimi fəaliyyət göstərmişdir. İbn Sina öz sələfi Əl-Fərabinin fəlsəfi fikrini inkişaf etdirərək “ Kitab ül-işarət və tənbihat ” , “Danişnamə”, “ Kitabi əl- insaf” kimi kitablar yazmışdır.



      Materialist meyillərlə teoloji-idealist prinsipləri uzlaşdırmaq da İbn Sinaya məxsusdur. Onun fikrincə, aləm qarşısı alınmaz zərurətdən yaranmışdır. İbn Sinaya görə, aləm maddidir və Allah kimi əbədidir. İbn Sina “Danişnamə” əsərində göstərir ki, varliğin hüdudu yoxdur. Varlıq substansiya və aksidensiyalara bölünmüşdür.


Dünyanın və tanrıların yaranması


Məqaləni 8"S "sinfinin şagirdi Qasımova 

Aytac hazırladı.



Əvvəl-əvvəl yalnız əbədi, sonsuz, qaranlıq Xaos vardı, həyatın mənbəyi Xaos idi.Bütün dünya və ölməz tanrılar sonsuz Xaosdan törənirdilər.Torpaq tanrısı Heya da Xaosdan yarandı.Qüdrətli Heya əlini-ayağını açıb geniş uzanmışdı,üstündə yaşayanların və bitənlərin hamısına həyat verirdi.Torpağın ucsuz-bucaqsız , işıqqlı səma kimi bizdən uzaq təkində, ölçügəlməz dərinlərlikdə əbədi qaranlıqla dolu Tatar- dəhşətli boşluq yarandı.Həyat mənbəyi qüdrətli Məhəbbət-Eros da Xaosdan yarandı.

18.12.2012

ƏCƏMİ NAXÇIVANİ


XI-XII əsrlər Azərbaycan intibahının çiçəklənməsi dövrüdür. Həmin dövrdə şəhərlər böyüyür, bir-birinin ardınca yeni saraylar, məscid və mədrəsələr inşa edilir, müdafiə və xatirə tikililəri qurulurdu.Sənətkarlıq, elm, incəsənət və poeziya sürətlə inkişaf edirdi. Bu əsrlərdə neçə-neçə görkəmli sənətkarın və alimin yetişməsi də adamı heyrətə salır. Qətran Təbrizi,Bəhmənyar,Xətib Təb-rizi, Nizami Gəncəvi, Xaqani
Şirvani, Ömər Kafiəddin, Əbubəkr Gəncəvi, Məhsəti Gəncəvi və başqaları həmin dövrdə Azərbaycanın nəinki türk-islam aləminə, həm də dünyaya bəxş etdiyi böyük şəxsiyyətlərdir.
Yalnız Şərqdə deyil, eyni zamanda Qərb dünyasında da yaxşı tanınan bu insanlardan biri, Əcəmi Əbubəkr oğlu Naxçıvanidir.O, orta əsrlərdə Azərbaycanda yetişmiş və dünya şöhrəti qazanmış memardır. Əcəmi irsi Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına böyük təsir göstərmişdir.

17.12.2012

Aforizmlər,



“İnsanların şüurunun dəyişməsi, psixoloji dəyişiklik, hüquqi bilik səviyyəsinin artması-... zaman, vaxt tələb edir”(Heydər Əliyev)
“İnsan bütün canlı varlıqlardan ən ağıllısıdır” (Aristotel)





“İnsanları tanıya bilən ağıllı, özünü tanıya bilən ziyalıdır”(Lao-Tszı)



“İstəyi olmadan öyrənən şagird-qanadsız quşdur”(Sədi)

“Zehni əmək hər cür kədəri uzaqlaşdırmağa qadirdir”(Sədi )
            “Bilik-insanı bütün bəlalardan saxlayır”(Rudəki)




Məqaləni hazırladı bloqda"Aforizm"rubrikasına cavabdeh 8"s" sinfinin şagirdi Bağırova Cəmilə.

Sirli tarix.



16.12.2012

Köprülü Məhmət Paşa


 Məqaləni hazırladı :
Məmmədov Ənvər

Sədi Boraq:"100 böyük türk"kitabından

       Osmanlı imperatorluğu XVI əsrin ortalarında içindən çürüməkdəydi. Sosial ədalət artıq pozulmuşdu. Bütün Avropanın xərac verməyə məcbur etdiyi və sümürdüyü o parlaq dövrlər artıq geridə qalmışdı. Rüşvət, oğurluq, yaltaqlıq ölkəni başdan-başa çulğamışdı. Məmurlar rüşvətə satılırdılar. Kim daha çox pul verirdisə valiliklərə onlar atılirdılar. Rüşvətin belə ayaq aldığı bir zamanda pulla vəzifəyə keçənlər verdikləri pulun əvəzini min qat çıxarmaq üçün xalqı qəddarcasına soyurdular. Dövləti ən çox xocalar və qadınlar idarə edirdilər. Qərbdəki texnika da durmadan inkşafdaydı. Xalqı sümürənlər və dini sözlərinin gəlirləri üçün dayaq edənlər hər bir yeniliyə “gavur icadı” deyib baltalayırdılar.

15.12.2012

Siseron

Siseron Mark Tulli - Qədim Roma natiqi, filosof və siyasi xadim. Dialoq formasında yazılmış fəlsəfi əsərləri eklektik məzmundadır. İdrak nəzəriyyəsində Siseron skeptisizmə meyl göstərmiş və hesab etmişdir ki, real təsəvvürləri real olmayan təsəvvürlərdən fərqləndirmək üçün meyar yoxdur. Siseron başlıca diqqəti etika problemlərinə verirdi.



Mövlana


Məqaləni  hazırladı :
Məmmədov Ənvər 

Sədi Boraq:"100 böyük türk"kitabından


       Gəlib keçmiş ulular içində yol göstərənlər çox olmuşdur. Bunlar “izim” lə bitən bir çox düşüncə və davranış yolları göstərmişdir. Zaman-zaman bütün dünyanı saran bu “izim” lərin yaradıcıları Gözlərini qapayır-qapamaz sabun köpüyü kimi dağılmış,uçub getmişlər. Fəqət elə ulular da gəlmiş ki, ölümləri üzərində neçə yüz illər keçdiyi halda fikirləri bir din kimi yayılmış, köklənmiş və dünyanı sarmışdır.

14.12.2012

Kimya dərsində.

8"s"sinfində kimya fənnindən açıq dərs keçirildi.
Mövzu-"Oksigen" idi.Dərs çox maraqlı keçdi.Şagirdlər oksiqenlə baglı araşdırmalar apardı və çox məlumat əldə etdilər.Müəllimə Baxşiyeva Nairənin bələdçili ilə şagirdlər oksigenin həyatımızdakı rolunu tam mənimsədilər.Şagirdlər çox maraqlı səhnəcik hazırlamışdı.Səhnəcik"Oksigenin məhkəməsi"adlanırdı.Şagirdlər həm mövzu ilə bağlı bilik əldə etdilər ,həm də məhkəmə prosesinin gedişatı haqqında məlumatlandılar.

KATİB ÇƏLƏBİ


Məqaləni 8"s"sinfinin şagirdi Məmmədov Ənvər hazırladı.
Bütün mirasını son quruşuna qədər kitaba xərcləyən elm aşiqi və yazarı, üzərinə əyildiyi hər bir elmi tezliklə qavrayan böyük bir qabiliyyət sahibi olmuşdur.Buna görə də tarix, bioqrafiya, maliyyə və dənizçilik kimi bir-birinə yad elmlərin hamısında qələbə çalmışdır. Ərəbcə, farsca və latıncanı ana dili kimi bilmişdir.Əsərləri sağlığından başlayaraq zamanımıza qədər bütün Avropa dillərinə çevrilmişdir. Osmanlı imperatorluğu təşkilatından bəhs edən “Mizanül haqq” adlı əsəri 1961-ci ildə Amerikada çap edilmişdir. Yazdığı 30-a qədər əsər 300 sənədir hələ də dəyərini qoruyur.


        Fəqət qəribədir ki, mədrəsəni bitirmədi,- deyə bu böyük alimə heç bir rütbə vermədilər. Dövlət xadimlərindən də dostları var idi. Əlindəki-ovcundakı pulları kitaba verdiyi üçün dolanışığı çox çətin olub. Buna görədə dövlət adamlarının uşaqlarına dərs deyirdi ki, dolansın. Ancaq Şeyxülislam Əbdür-rəhman Əfəndi imdadına yetişmişdi.

   İstanbulda doğulmuşdur. Atası Abdullah adlı bir silahdardı. Bir çox döyüşlərdə olub, sipərlər arasında ordunun qeydiyyatını aparmışdı. Həccə də getmişdir.

Cavanşir qalası (İsmayıllı)



İsmayıllı rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. 642-681-ci illərdə Albaniya hökmdarı olmuş tədbirli dövlət xadimi Cavanşir diplomatik və sərkərdəlik bacarığı ilə dövlətin müstəqilliyini qoruyub saxlamışdır. Ərəb, Sasani, Xəzər, Bizans kimi güclü dövlətlərin hücum təhlükəsi qarşısında duran Cavanşir diplomatik bacarığı sahəsində siyasi gedişlər etməklə yanaşı müdafiə tədbirləri görməklə də Albaniyanın müstəqilliyini qoruyub saxlamışdır. Rayonun Talıstan kəndi yaxınlığında olan Cavanşir qalasını VII əsrdə məşhur sərkərdənin şərəfinə tikdirmişlər.

Cavanşir (642-681)


 
E.ə. IV - eramızın VIII əsrlərdə Şimali Azərbaycan ərazisində mövcud olmuş Albaniya dövləti hökmdar Cavanşirin vaxtında çiçəklənmə dövrünü yaşamışdır. Cənubdan ərəb hücumu təhlükəsi, şimaldan xəzər tayfalarının həmlələri, qərbdən Bizans dövlətinin təzyiqi - bütün bu amillər Albaniya dövlətinin mövcudluğu üçün
Böyük təhlükə yaradırdı. Lakin fikti sərkərdəlik istedadı, gərgin diplomatik fəaliyyəti və vətəninə olan məhəbbəti Cavanşirə bütün problemləri həll edib ölkəsinin ərazi bütövlüyünü və müstəqilliyini təmin etməyə imkan vermişdi. Daxili sabitliyə nail olan Cavanşir ölkənin iqtisadiyyatının və mədəniyyətinin inkişafına böyük diqqət yetirirdi. Nəticədə erkən orta əsrlər dövründə Albaniya regionun ən inkişaf etmiş dövlətlərarası birinə çevrilmişdi. 
Azərbaycan tarixində Cavanşir görkəmli dövlət xadimi, diplomat və sərkərdə kimi tanınır.

12.12.2012

Qavqamela vuruşması

Qavqamela vuruşması — E.ə.331-ci il oktyabrın 1-də Makedoniyalı İsgəndərin qoşunları ilə III Daranın qoşunları arasında baş verən üçüncü vuruşma. Qavqamela vuruşması nəinki qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini sayılır.


Döyüşdə III Daranın orduları darmadağın edildi. Şah bir neçə satrapla və kiçik bir qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya qaçdı. Lakin yunan-makedoniyalılar özləri də bütün yürüş müddətində ən ağır tələfata bu döyüşdə uğradılar.

11.12.2012

Bilirsinizmi...



Alyaskanın bayrağını 13 yaşlı oğlan yaradıb.
Heç bir ölkədə hərbi salam sol əllə verilmir.
Kapitan Kuk ilk insandır ki, Antarktidadan başqa, Yer üzünün bütün kontinentlərinə ayağını basıb.
İngiltərə kitabxanalarında ən çox Ginnesin rekordları kitabını oğurlayırlar.
Monakonun milli orkestri ordusundan böyükdür.
18 fevral 1979-cu ildə Saxara səhrasına qar yağıb.
İtaliyada Barbi oyuncaqlarının sayı Kanadada kanadalıların sayından çoxdur.
İngiltərə yazıcısı Virjiniya Vulf əsərlərinin çoxunu ayaq üstə yazıb.
Napoleon aylurofobiyadan (pişiklərdən qorxma) əziyyət çəkirdi.
Bir insan bədənindəki hüceyrələrin sayı bütün dünyadakı insanların sayından çoxdur.
/Deyerler.org/a

Azərbaycan qalaları


Çox vaxt müəyyən bir məsələ haqqında əsl həqiqəti öyrənmək üçün yazılı tarixi mənbələr kifayət etmir. Bu zaman əsrlərin daş yaddaşı olan abidələrə-qalalara, bürclərə, məscidlərə, ibadətgahlara və s. müraciət etmək lazım gəlir.

Azərbaycan ərazisində belə abidələr kifayət qədərdir. Bu cəhətdən qalalar diqqəti daha çox cəlb edir. Əzəmət, vüqar, yenilməzlik rəmzi olan qalalar xalqımızın öz torpağına necə möhkəm bağlı olduğunun daha bir göstəricisidir. Qız qalası, Ramana qalası, Mərdəkan qalası, Koroğlu qalası, Əlincə qalası və onlarca digər qalalarımız həm də yüksək tarixi memarlıq dəyərlərinə malikdir. El sənətkarlarımız özlərinin bütün sənət təxəyyülünü, arzu-istəklərini, xalqın bədii-estetik və mənəvi duyumunu qalalarda da əks etdirmişdir.

10.12.2012

Bu gün 10 dekabr "Beynəlxalq İnsan Haqları" günüdür. İlk dəfə olaraq insan haqqına Fransada 1789-cu ildə qəbul edilmiş "İnsan və vətəndaş haqqları haqqında deklarasiya"da rast gəlinir.
Keçən əsrdə insan haqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən qəbul olunmuş "İnsan hüqüqları haqqında ümumi deklarasiya" olmuşdur. 1950-ci ildən başlayaraq isə 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.
Avropada insan hüquqlarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada bu konvensiyaya əsaslanan real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.

10 dekabr

10 dekabr — Qriqorian təqvimi ilə ilin 344-cü günü (uzun illərdə 345-ci). İlin sonuna 21 gün qalır.

Əhəmiyyətli hadisələr

Fatih Sultan Muhammed Han Belgeseli



08.12.2012

5 "a" sinfində açıq dərs.

5 sinifdə "Şəmsəddin Eldəniz necə Azərbaycan hökmdarı oldu"mövzusunda açıq dərs keçirildi.Dərsdə rayonumuzun məktəblərindən tarix müəllimləri və Rayon Təhsil Şöbəsinin əməkdaşı iştirak edirdi.Şagirdlər dərsdə maraqlı tədqiqatlar aparır,öz işlərinin təqdim edirdilər.Oyunlar da şagirdlərin çox xoşuna gəldi.




8 "s" sinfində açıq dərs.

7 dekabr 8 "s" sinfində orta əsrlər tarixindən açıq dərs keçirildi.Dərsdə rayonun bir çox məktəbindən və Rayon Təhsil Şöbəsinin əməkdaşı iştirak edirdi.Dərsin mövzusu-"Osmanlı imperiyasının daha da genişlənməsi"idi.Şagirdlər dərsdə çox fəal idilər.Səfərov Taleh,Qasımova,Aytac,Cəmilə,Şəbnəm,
Aytac,İsmayıl,Ənvər,Nərmin,İlahə xüsusilə fərqlənirdilər.