30.10.2012

Cəlaləddinin Azərbaycana yürüşü (1225 - 1231)


1222-ci ildə monqollar hiylə ilə Dərbənd səddini keçərək Azərbaycanı tərk etdilər. Monqolların Azərbaycanı tərk etməsindən sonra Xarəzmşah Cəlaləddin 1225-ci ildə Azərbaycana soxuldu. Mərkəzi Asiyada öz dövlətini itirən Cəlaləddin Azərbaycanda möhkəmlənməyə çalışırdı. Cəlaləddin:
Əcəm İraqını ələ keçirdi;
Fars və Kirmana yiyələndi;
Ağsunqurilərin varliğina son qoydu;
Marağanı ələ keçirdikdən sonra əhalinin etimadını qazanmaq məqsədilə bir sıra bərpa işləri apardı;
Təbrizi tutaraq Eldənizlər dövlətinə son qoydu;
Gəncə, Beyləqan və Şəmkiri ələ keçirdi;
Azərbaycanın idarəsini öz vəziri Şərəf əl-Mülkə tapşırdı;
Gəncəni öz iqamətgahına çevirərək burada qarnizon yerləşdirdi.

Cəlaləddinin hakimiyyəti illərində Azərbaycanda:
Daxili çəkişmələr gücləndi;
Vergilər artılırdı;
Məmur özbaşınalığı artdı;
Bir sıra feodallar Eldənizlər dövlətini bərpa etməyə cəhd göstərdilər;
Təbrizdə baş verən üsyan məğlub oldu;
Bəndərin başçılığı ilə Gəncədə üsyan baş verdi (1231-ci il).

26.10.2012

Qurban bayramı



Qurban bayramı və ya Dini qurban kəsmə bayramı — İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

24.10.2012

Monqolların Azərbaycana  I yürüşü (1220-1222)



1220 - ci ildə Cəbə və Subutayın rəhbərliyi ilə monqollar Azərbaycana kəşfiyyat yürüşü etdilər. Monqolların birinci yürüşü ərəfəsində Azərbaycanda:
Feodal dağınıqlığı hökm sürürdü;
Ara çəkişmələri güclənmişdi;
Marağada Ağsunqurilər hakimiyyəti hökm sürürdü;
Eldənizlər dövləti xeyli zəifləmişdi;
Əhalinin sosial-iqtisadi vəziyyəti ağırlaşmışdı;
Şirvanşahlar dövləti zəifləmişdi;
Feodal özbaşınalığı hökm sürürdü;
Vahid mərkəzləşmiş dövlət yox idi.

Monqollar I yürüşü zamanı:
Zəncan, Ərdəbil və Sərab şəhərlərini talan etdilər;
Təbriz şəhərindən üç dəfə xərac aldılar;
Marağanı,Beyləqanı talan etdilər;
Gəncə şəhərindən xərac aldılar;
Şamaxı şəhərini talan etdilər.


21.10.2012

Tarix yarışması..




Hörmətli  tariklubunun oxucuları ,intelektual oyunları sevənlər üçün yeni bir viktorinaya start verirəm -“ Tarix:Maraq və məntiq.”viktorinasına başlayıram.Zənn edirəm bu viktorina sizin marağınıza səbəb olacaq.Hər nömrədə 3 sual təqdim olunacaq.Cavablar  qaliblər müəyyən olunduqdan 1 gün sonra elan olunacaq.Beləliklə:

                  Tarix:maraq və məntiq  1.

1sual.Onun haqqında hər bir ölkədə tez- tez danışırlar.Rəsmi olaraq hər bir ölkədə ondan bir dənə olmaladır,lakin keçən əsrdə bir müddət bir millətdə rəsmi olaraq ondan 2 dənə idi.Baxmayaraq ki, inkişaf etmiş ölkələrin hamısında ondan var ,Böyük Britaniyada ondan yoxdur.Onun olduğu ölkələrdə isə adətən bir nümunənin üzərində dayanmırlar.Söhbət nədən gedir?

2 sual.

C.Vaşinqton,T.Ceferson,A.Linkoln,A.Qamilton,E.Cekson.

Qanunauyğunluq nədədir?Növbəti şəxsin adı?

3 sual.

5 həftə ərzində Gündoğan ölkənin cənubundan şimalına doğru hərəkət edir,hamını heyrətləndirir bəzən isə öz ardınca aparır.O nədir?

Cavablarınızı gözləyirəm.Uğurlar.


16.10.2012

Elxanilər dövləti və ya Hülakular

Elxanilər dövləti və ya Hülakular – 1256-cı ildə Çingiz xanın nəvəsi Hülaku xan (1256-1265) özünün Hülakular dövlətini (1256-1353) yaradır. Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxani" adı; "Böyük Xaqanlıq" mənasını verir. Belə ki, Elxanilərin öz bayraqları və pul vahidləri olsa da, əyalət sayılırdı və monqolların Böyük Xaqanına tabe idi. "Elxani" sözünün digər izahı – El – İl – əyalət – vilayət xanıdır (Elxani: Xana tabe olan torpaqlar). Dövlətin çox böyük və sürətli ordusu vardı.

1231-ci ildə monqollar Çormoğonun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Yerli əhalinin şiddətli müqavimətinə baxmayaraq, 1239-cu il üçün Azərbaycan bütövlüklə monqollar tərəfindən zəbt edilərək öz imperiyalarının tərkibinə qatıldı. Azərbaycan 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi.


10.10.2012

Dahilərin həyatından maraqlı məqamlar

Məşhur psixiatr Lambrozo iddia edir ki, dahilik və dəlilik həmişə yanaşı addımlayırlar. Aşağıda göstərilən faktları nəzərə alsaq, bu iddianın yanlış olmadığı qənaətinə gəlmək olar…

Ölüm ayağında olan Malerb baxıcının nitqindəki qrammatik səhvləri düzəldirdi. O, səlis danışa bilməyən keşişin vida duasından da imtina etmişdi.

Kornel, Dekart, Virgili, Addison, Lafonten, Drayden, Nyuton, Mansoni auditoriya qarşısında, demək olar, danışa bilmirdilər.

CENGİZHAN TİMUÇİN FİLMİ TEK PARÇA


Çingiz xan





Çingiz xan

Çingiz Xan (monq. Чингис Хаан; d. 1162 - ö. 11 avqust 1227) - görkəmli Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında biləşdirərək, insanlıq tarixində ən böyük dövlət olmuş Böyük Monqol imperiyasını (1206-1368) qurmuşdur.

04.10.2012

Eldənizlər dövləti

Eldəgəzlər dövləti (1136-1225) (və ya Eldənizlər dövləti, İldənizlər dövləti, Atabəylər dövləti) - Azərbaycan ərazisində mövcud olan, atabəy Şəmsəddin Eldəgəzin dövründə formalaşmış, onun oğlu Nüsrəddin Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti illərində daha da çiçəklənmiş dövlət. Azərbaycan (Kürdən cənuba), Şimal-Qərbi İran vilayətləri (İsfəhan, Rey) və s. yerləri əhatə edirdi. Paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan, Təbriz olmuşdur. Mühüm şəhərləri: Təbriz, Gəncə, Həmədan, Naxçıvan, Beyləqan, Urmiya, Ərdəbil, Zəncan, Xoy, Şəmkir və s. Əsas təsərrüfat sahələri: əkinçilik, maldarlıq, ipəkçilik, toxuculuq, sənətkarlıq və s. Eldəgəzlər dövlətinin ərazisindən yaxın və Orta Şərqin ticarət mərkəzlərinin birləşdirən karvan yolları keçirdi. Eldəgəzlər dövlətinin siyasi həyatında iqtidar sahibi olan hərbiçilər və ali müsəlman ruhaniləri əsas rol oynayırdılar. Eldəgəz dövlətinin təşəkül dövrü (1136-1160), yüksəliş və çiçəklənmə dövrü (1161-1191), tənəzzül dövrü (1192-1225) mərhələsi keçmişdir. Eldəgəz dövlətinin yaranması Azərbaycan atabəyi Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Eldəgizin iqamətgahı Naxçıvan şəhəri idi. 1136-cı ildə Eldəgəz Səlcuq sultanı Toğrulun oğlu Arslanşahın atabəyi Azəbaycanın cənub vilayətinin hakimi təyin olundu. İraq Səlcuq sultanlığının ictimai, siyasi həyatında mühüm rol oynayan Eldəgəz, formal surətdə Səlcuqilərə tabe olsa da, 12 əsrin 30-cu illərindən müstəqil hökmüdar kimi dövləti idarə edir və öz adına sikkə kəsdirirdi.1152-ci ildə Arran, bir qədər sonra isə Marağa hakimi Xassbəyin idarə etdiyi Ərdəbil Eldəgəzin hakimiyyətinə keçdi. O, Şirvanşahı da asılı vəziyyətə salmışdı. XII əsrinin 50-ci illərinin sonlarında Azərbaycan feodallarının mənafeyini müdafiə edən Eldəgəzlə Səlcuq sultanı Rüknəddin Məhəmməd (1153-1160) arasında toqquşma oldu. Beyləqan yanındakı vuruşma (1158) Eldəgəzin məğlubiyyəti ilə nəticələndi. Lakin tezliklə Səlcuqilər dövlətinin bütün işlərini yenidən ələ keçirən Eldəgəz 1160-cı ildə "Atabəy Əzəm" (Böyük atabəy) titulu aldı. 1161-ci ildə Eldəgəz yaranmış əlverişli şəraitdən istifadə edərək yaxın əmirlərin köməyi ilə oğulluğu Arslanşahın (1161-1176) Səlcuq sultanı elan edilməsinə nail oldu. Arslanşah formal olaraq sultan titulu daşıyırdı. Lövlətin bütün işlərini müstəqil idarə edən Eldəgəz öz oğullarını yüksək vəzifələrə - böyük oğlu Məhəmməd Cahan Pəhləvanı hacib, kiçik oğlu Qızıl Arslanı isə sipəhsalar (ordu komandanı) təyin etdi. Eldəgəz Azərbaycanın şimal və cənub torpaqlarını yenidən birləşdirə bildi. İsfahandan Şirvan və Gürcüstanadək uzanan ərazi onun hakimiyyətinə keçdi. Bununla da Eldəgəz dövlətinin təşəkkül prosesi başa çatdı və o, Yaxın Şərqin qüdrətli dövlətinə çevrildi.Eldəgəzlər qonşu ərazilər hesabına öz torpaqlarını hər vasitə ilə genişləndirməyə çalışır, Şirvana və s. yerlərə yürüş edirdilər.Dəbil (Dvin) və s. şəhərlərlə birlikdə Şərqi Ermənistan Eldəgəzlər dövlətindən asılı vəziyyətə düşmüşdü. Bu dövürdə Eldəgəzlərlə Gürcüstan arasında dəfələrlə toquşmalar baş vermişdir. 1161-ci ilin iyulunda gürcü feodalları təqribən 30 minlik qoşunla Eldəgəzin hakimiyyətində olan Dəbil şəhərini tutdular.Eldəgəz özünün vassalları Marağa, Xilat hakimləri və başqa feodal əmirləri ilə birlikdə 1163-cü ilin əvvəllərində 50 minlik qoşunla Gürcüstana yürüş etdi. 1166-cı ildə gürcü qoşunları yenidən hücum edərək Gəncəyə qədər irəllədilər. Lakin ciddi müqavimətə rast gələrək, geri çəkilməyə məcbur oldular.


03.10.2012

TÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏRİ

Qədim zamanlardan başlayaraq dünyanın ən böyük materiki olan Avrasiya məkanında formalaşan, onu öyrənən, kəskin təzadlı təbii mühitinə uyğunlaşan, təsərrüfat sahələrini mənimsəyən və ucsuz-bucaqsız bu yerlərə al-əlvan coğrafi adlar verən məhz türk xalqları olmuşdur. Onların formalaşdığı ərazilər qərbdə Aralıq dənizindən başlayaraq şərqdə Sakit okeana, şimalda Buzlu okeandan cənubda Kərkük-Həmədan istiqamətində keçən 35 şim.e. qədər uzanırdı. Türk xalqlarının yayıldığı geniş Avrasiya ərazilərində oxşar toponimlərə tez-tez rast gəlinir. Bunun başlıca olaraq iki səbəbi vardır : birinci, müxtəlif ərazilərdə bir dil ailəsinə mənsub dillərlə danışan xalqların məskunlaşması; ikinci, yerin mənfi və müsbət relyef formalarının çalarlarını bildirən sözlərin eyni olmasıdır. B.Ə.Budaqov yazır: «Türk dilli xalqların yayıldığı 10 mln.km2 – ərazilərdə yaşayan xalqlar arasında baş vermiş miqrasiya zamanı onlar ilk növbədə müqəddəs olan coğrafi, eləcə də şəxs adlarını özlərilə apararaq toponimik estafeti nəsildən-nəsilə, ərazidən əraziyə köçürmüş və beləliklə, onları yaşatmışlar».

Mərkəzi Asiyanın tarixinə dərin təsir göstərmiş qüdrətli köçəri xalqlardan biri də türk mənşəli hunlar (B.Ə.Budaqov, Türk uluslarının yer yaddaşı. Bakı, 1994, səh.87) olmuşlar. Hunların əsas yaşayış yerləri Mərkəzi Monqolustan və Transbaykalda olan hündür düzənliklər idi. Onların başçısı Mete xan e.ə. 209-cü ildə şərqə doğru hərəkət edərək Mancuriyanı, sonra şimala Böyük göl adlanan Baykalın cənubunu, Yenisey çayının yuxarı axınlarında yerləşən Tuva çökəkliyini, qərbdə Altay dağlarını, İrtış vadisini, cənubi Ural çöllərini tutmuşdur.


Atilla

Atilla (406-453) – dünyanın ən məşhur sərkərdələrindən biri. «Avropanın imperatoru» titulunu qazanmış Hun İmperiyasının hökmdarıdır. Atası Muncuk Xandır. Əmisi Roa, onu atası öldükdən sonra bozqırda tək başına yaşamaya çalışırkən tapdı ve yanına aldı. B.E.nın 434-ci ilində taxta çıxan Atilla, deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Atilla qonaqpərvərliyi ilə də seçilib.

Avrupa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi ve Şərqi Roma (bax Bizans) imperiyalarını tez tez istila edən Atilla, Orta əsr salnamələlərində qəddarlığı ilə xatırlanır. Bu səbəblə də Avropa dillərində "Tanrı nın kırbacı,cezası" (İngilizce: Scourge of God, İtalyanca: Flagello di Dio, Fransızca: Fléau de Dieu, Latınca, Flagellum Dei) olaraq anılır. Amma Macar və Türk kültüründə sayqıyla anılır.