29.07.2012

Tarixin sirləri

     1900-ci illərin başlarında 250-ə yaxın heroqlif Sydney'in 100 km şimalındakı Hunter Valley milli parkında kəşf edilmişdir (Avstraliya). Bunlar qədim Misir heroqlifləridir. Şübhəyə yer buraxmayacaq olan qədim Misir Tanrısı "Anubis" şəkili ilə birlikdə heroqliflər bu sualı ağla gətirir: Görəsən qədim Misirlilər Avstraliya getmişlərdi? 
Bu kəllə sümüyü Peruda (Ica) tapılmışdır. İlk baxışda günümüzdəki insanının kəlləsinə bənzəməkdədir, ancaq sual işarələrinə gətirib çıxaran bir neçə faktor önə çıxmaqdadır. Göz boşluqları günümüzdəki insanının göz boşluqlarından 15% daha böyükdür. Beynin iştirak etdiyi boşluq isə 2600-3200 sm arasında dəyişməkdədir. Müasir insanın kəlləsindəki beyin boşluğu  tutumu 1450 sm-dir !!!



Qədim Misir.




Qədim Misir – Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında qədim dövlət.

Tarixi

Dövlətin tarixi 6 dövrə bölünür:

1. Erkən padşahlıq (e.ə. təqr. 3000 – e.ə. təqr. 2800)

2. Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr. 2250)

3. Orta padşahlıq (e.ə. təqr. 2050 – e.ə. təqr. 1750)

4. Yeni padşahlıq (e.ə. təqr. 1580 – e.ə. təqr. 1070)

5. Liviya-Sais və İran dövrü (e.ə. təqr. 1070 – e.ə. təqr. 332)

6. Yunan Roma dövrü (e.ə. 332 – e. 395).



SALARİLƏR DÖVLƏTİ



Yaxın və Orta Şərqdə yaranmış siyasi hərcmərclik şəraitində Sacilər dövləti də uzun zaman davam gətirə bilmədi. Azərbaycanda çəkişmələrdən istifadə edən Deyləm (Gilan) hakimi Mərzban in Məhəmməd axırıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qualm) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Salari hakimi Mərzban ibn Məhəmməd çətin mübarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətinin möhkəmləndirməyə çalışdı. Möhkəmlənməkdə olan gənc dövlət yeni fəlakətlə üzləşdi. Mənbələrdə Rus adlanan tayfalar  təbiətinin və sərvətinin zənginliyinə görə Qafqazın mirvarisi hesab edilən Bərdə şəhərinə hücum etdilər. Mərzban ibn Məhəmməd (941-957) Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır. Salarilər dövlətinin də paytaxtı Ərdəbil şəhəri idi. Salarilərin hakimiyyət dövrü Azərbaycanda çətin bir dövr kimi xarakterizə edilir.

27.07.2012

Lüğət "B" hərfi

 
 
Babil — Bab-ili "Allahın qapısı". İkiçayarasında salınmış Babil şəhəri.
Bac — sənətkar və tacirlərin ödədiyi vergi.
Bağbaşı — məhsulun onda birinə bərabər olan vergi növü. Bağ məhsullarından alınırdı.
Balaxan küçəsi — Bakı şəhərində indiki Füzuli küçəsi.
Ballada (fransızca) — "rəqs edirəm" sözündəndir. Ədəbiyyatda lirik əhvali-ruhiyyə ifadə edən epik şer forması.
Bank (italyanca) — "banka" sözündəndir, bu da "skamya", "idarə stolu" deməkdir.Orta əsrlərdə Qərbi Avropa şəhərlərində sərrafların oturduğu skamya belə adlanırdı.

21.07.2012

Bosniya piramidaları



1994 ildə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevodan 22 km. aralıda yerləşən Visoko şəhəri yaxınlığında hərbi əməliyyatlar gedirdi.Artilleriya atəşi zamanı şəhərin sakinləri qəribə səs və vibrasiyalar eşidirdilər.Bu səslər Visoçiça dağından gəlirdi,sanki onun içində boşluq vardı.


Əsrlər boyu Bosniyada bu dağ haqqında əfsanələr gəzirdi.Visoko sakinləri uzun illər evlərinin fasadını dağın ətəyindən tapdığları üzərində qəribə naxışlar olan daşlarla bəziyirdilər.

Makedoniyalı İsgəndər( e.ə.336-e.ə.323)




    Tarixə adı türk-islam dünyasında Makedoniyalı İsgəndər, Qərbdə isə Aleksandr Makedonski kimi düşən bu məşhur sərkərdə eramızdan əvvəl 356-cı ildə Makedoniya çarı II Filippin ailəsində anadan olmuşdu. Filippin vaxtilə Yunanıstanı idarə edən Heraklın nəslindən (Arqead) olduğu ehtimal edilir.

20.07.2012

Tarixi terminlər lüğəti.


                                  

Abbası — XVII-XVIII əsrlərdə Iran və Cənubi Qafqazda işlədilmiş gümüş sikkə.

Səfəvi Şahı I Abbasın hakimiyyəti dövründə təsis olunmuş və onun adı ilə adlandırılmışdır.

Abbasilər — Məhəmməd peyğəmbərin əmisi Abbasın adı ilə adlanan ərəb xəlifələri sülaləsi (750— 1258). Ərəb xilafəti çox vaxt Abbasilər xilafəti adlandırılmışdır.

Abbat — katolik kilsəsində monastır rahibi.

Abdallar — Laçın şəhərinin keçmiş adı (1923-cü ilədək)

18.07.2012

Xoyski Fətəli Xan İskəndər Xan oğlu




Xoyski Fətəli Xan İskəndər Xan oğlu (1875-1920) — Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı, ADR-in Daxili İşlər Naziri (28.05.1918 – 17.06.1918), ADR-in Xarici İşlər Naziri (26.12.1918 - 14.03.1919) (24.12.1919 - 01.04.1920).